Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBİSLƏR (Threskiornithidae)
    İBİSLƏR (Threskiornithidae) – leylәk kimilәr dәstәsindәn quş fәsilәsi. Uz. 47–104 sm, kütlәsi 0,5–2,0 kq-dır; erkәklәri dişilәrindәn bir qәdәr iridir. Bәdәni uzunsov, boynu, adәtәn, uzundur. Dimdiyi uzun, nazik, aşağı әyilmiş, yaxud düz, yastılaşmış (әrsindimdiklәrdә ucu әrsin şәklindә enlilәşmişdir), çox vaxt parlaq naxışlı olur. Başı qismәn vә ya tamamilә çılpaqdır; İ-in bәzilәrindә hәmçinin boynunun yuxarı hissәsi lәlәksizdir. Enli uzun qanadları quşlara qanad çalma ilә süzmәyi növbәlәşdirmәyә imkan verir; quyruğu adәtәn, qısadır. Lәlәk örtüyü ağ, çәhrayı, qırmızı, boz, qonur, qәhvәyi, yaxud yaşıl vә ya göy metal parıltılı qaradır. Ön barmaqlarının әsası kiçik pәrdә ilә birlәşmişdir. Dili reduksiyaya uğramışdır. Tәqr. 14 cinsi, 32 növü var. Tropik vә subtropiklәrdә yayılmış, bәzi növlәri mülayim qurşağa keçir. Azәrb. ornito faunasında iki növü var: әrsindimdik (Platalea leu corodia) vә qaranaz (Plegadis facinellus). İ. koloniyalarla (çox vaxt başqa caydaqlılarla birlikdә), yaxud ayrı-ayrı cütlәrlә adәtәn, şirin su hövzәlәrinin yaxınlığında yuvalayırlar. Su vә quru heyvanları ilә (әsasәn cücülәr, xәrçәngkimilәr, molyusklar, balıqlar, suda-quruda yaşayanlar, xırda quşlar vә gәmiricilәrlә), leşlә qidalanırlar. Yemlәnmә yerlәrinә hәr gün 25 km-әdәk uça bilirlәr. Yuvalarını ağaclarda, kolluqlarda vә qamışlıq arasında düzәldirlәr; bәzәn qayalarda vә ya yerdә qururlar. 2–5 yumurta qoyurlar; hәr iki valideyn 21–29 sutka kürt yatır. Quş balaları 2–3 hәftәliyindә yuvanı tәrk edirlәr, lakin uçmağı öyrәnәnә qәdәr, tәqr. 2–4 hәftә orada qidalanırlar. İ.-in 8 növü vә yarımnövü nәsli kәsilmәk tәhlükәsi altında vә ya hәssas olduğuna görә TTEMBİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir. Nadir vә bәzәkli quş olan әrsindimdik Azәrb.-ın “Qırmızı kitab”ına daxil edilmişdir. Mühafizә olunur.
     
    İbislәr. Ərsindimdik (Platalea leu corodia).
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 