İBN (әr. ابن– oğul)– әrәblәrdә vә әrәb dilindәn istifadә edәn xalqlarda şәxsin kimin oğlu olduğunu, yaxud soyadını bildirmәk üçün atasının adından әvvәl işlәdilәn söz; mәs., İbn Mәsud (Mәsudun oğlu), İbn әn-Nәdim (Nәdimin oğlu) vә s. Xilafәt tәrkibinә daxil olduqdan sonra Azәrb.-ın bir çox elm, incәsәnәt vә mәdәniyyәt xadiminin adlarında da İ. sözündәn istifadә edilmişdir (mәs., İbn Mәkki әl-Bәrdәi, Əhmәd ibn Əyyub әl-Hafiz Naxçıvani vә b.). İ. sözünә müәyyәn sözlәr әlavә etmәklә izafәtşәklindә qәliblәşmiş ifadәlәr düzәl dilmişdir: ibn-i leyl (oğru), ibn üs-sәbil (sәrnişin), ibn ül-vaxt (zamana uyğun rәftar edәn, zamanla ayaqlaşan), ibn üz-zәman (zәmanә adamı) vә s.










