İBN BABƏVEYH (ابن بابويه ), Şeyx Sәduq Ə b u C ә f ә r M ә h әmmәd i b n Ə l i ә l - Q u m m i (tәqr. 917/18,İran, Qum – 991, Rey) – islam ilahiyyatçısı, cәfәri hüququnun ilk sistemlәşdiri cilәrindәn biri. Atası Əbül-Hәsәn ibn Babәveyh dövrün tanınmış alimlәrindәn idi. İlk tәhsilini Qumda almış, Mәşhәd, Nişapur vә Bağdadda davam etdirmişdir. Büveyhi hökmdarı Rüknüddövlәnin dәvәtilә Reyә getmiş, müәllimlik fәaliyyәtilә mәşğul olmuşdur. Ən mәşhur tәlәbәsi Şeyx Müfiddir. Reydә mәzarı üzәrindә inşa olunmuş türbә ziyarәt yeridir.
İ.B. әxbarilәr mәktәbinin (bax Cәfәriyyә) әn görkәmli nümayәndәsi olmuşdur. Kәlam problemlәrinin izahında Quran vә hәdislәrә әsaslandığına görә onun kәlama dair әsәrlәri kәlam qәlibinә salınmış hәdis toplusunu xatırladır. Bununla belә, onun kәlamdakı metodu tam әqli olmadığı kimi, tam nәqli dә deyil. İ.B. fiqhdә rasional prinsiplәrdәn istifadәni qәbul etmәmiş, әsasәn, kanonik mәtnә istinad etmәklә kifayәtlәnmişdir. Onun 9 mindәn çox hәdisin toplandığı “Mәnla yәhzuruhul-fәqih” başlıca әsәri cәfәri mәzhәbindә dörd mühüm hәdis toplusundan biridir. Digәr mühüm әsәrlәri: “Uyunu әxbarir-Riza”, “Mәanil-әxbar”, “Ət-Tövhid”, “Əl-Əmali”.










