Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN BACCƏ 
    İBN BACCƏ (باجّه ابن ), Ə b u B ә k r Mә h ә m m ә d i b n Y ә h y a [latınlaşdırılmış adı Avempas, yaxud Avenpatse (Avempace, Avenpace)] (tәqr. 1077, Saraqosa – 1139, Fәs) – әrәb-müsәlman filosofu, şair, dövlәt xadimi. Müsәlman İspaniyasında peripatetik әnәnәnin (fәlsәfәnin) banisi. Hәyatı haqqında mәlumat azdır. Gәnc yaşlarında mükәmmәl tәhsil almış, dini elmlәrlә yanaşı, dünyәvi elmlәri dә öyrәnmişdir. Əndәlis vә Sevilyada yaşamış, Saraqosada vә Mәğribdә vәzir olmuşdur. Əsәrlәri әn mәşhur tәlәbәsi  İbnül-İmamın sayәsindә dövrümüzәdәk gәlib çatmışdır. Bәzi mәnbәlәrdә İbn Rüşdün onun tәlәbәsi olması barәdә qeydlәr var. Fәlsәfi görüşlәrinә görә tәqib olunmuş, dәfәlәrlә hәbs edilmişdir. Fәlsәfә ilә yanaşı, әdәbiyyat vә musiqi sahәsindә dә fәrqlәnmiş, metafizikadan musiqiyә qәdәr müxtәlif mövzuda, o cümlәdәn Aristotelin bir çox әsәrinә şәrh yazmışdır. Ptolemeyin geosentrik sisteminә (sonralar bu әnәnәni İbn Tüfeyl vә İbn Rüşd inkişaf etdirmişlәr), M.Qәzzalinin dini-mistik dünyagörüşünә qarşı çıxmışdır. İslam filosofları arasında әn çox Farabidәn tәsirlәnmişdir. Başlıca әsәrlәri: “Tәdbirül-mütәvәhhid” (“Tәnha qalmışın tәdbiri”), “Risalәtül-vәda” (“Vidarisalәsi”), “Kitabün-nәfs” (“Can haqqında kitab”), “İttisalül-әql bil-insan” (“Ağlın insan ilә birlәşmәsi”) vә s.
    Qәrb islam alәmindә inkişaf edәn fәlsәfә әnәnәsinin davamı sayılan İ.B.-nin bir çox mövzuda aristotelçi fәlsәfәsi südur nәzәriyyәsinә әsaslanmır vә neoplatoniz min xeyli elementlәrini ehtiva edir. Onun fәlsәfәsinin әsas mövzusu insan vә insan xoşbәxtliyidir. İnsanın mәqsәdi şeylәrin formalarının mәnbәyi olan fәalağılla birlәşmәkdir. Hәqiqi xoşbәxtlik olan bu birlәşmә zәka ilә qavranılan varlıq mәrtәbәlәri üzrә yüksәliş prosesinin nәticәsidir. İ.B. bunu Allaha intuitiv-ekstatik “qovuşma” haqqında tәsәvvüf tәliminә qarşı qoyurdu.
    İ.B. müxtәlif mövzularla bağlı bütün әsәrlәrindә psixologiyaya yer vermişdir (bu sahәdә әn mühüm әsәri “Kitabün-nәfs”dir). Aristotel kimi İ.B. dә psixologiyanı tәbiyyat elmlәri içәrisindә öyrәnmiş, nәfsin (canın) mahiyyәtini, bacarıqlarını, bәdәn vә xarici dünya ilә әlaqәsini Aristotelin üçlü ruh modeli çәrçivәsindә araşdırmışdır. Platon kimi nәfsi nәbati (bitkilәrә xas can), heyvani (heyvanlara xas can) vә insani (“düşünәn can”) olmaqla üç qismә ayıran İ.B.-yә görә, insan nәfsinin әsas xüsusiyyәti düşünmәkdir. Hissi, xәyali vә әqli olmaqla üç qismә bölünәn idrak “subyektin müәyyәn zamanda obyektin surәtini, yәni dәrk edilә bilәn yönünü mücәrrәdlәş dirmәsi vә dәrk edilәn şeyin subyektdә yeni bir mövqedә var olması” demәkdir. İdrak hәmçinin dәrk olunan şeyin formasının subyektdә mәna (anlayış) qazanmasıdır. İ.B. bu müddәti “ruhanilәşmә” kimi qiymәtlәndirir, mücәrrәdlәşmә fәaliyyәtinin ardıcıllıqla hiss, tәxәyyül vә ağıl olmaqla üç mәrhәlәdә baş verdiyini göstәrirdi. Filosof insanın duyğu idrakından başlayaraq ağlın üstün pillәsi olan müstәfad ağıla qәdәr yüksәlәn intellektual inkişafını müxtәlif bilgi vә qavrama “dayanacaq”larından keçәn mәnәvi yüksәliş kimi tәsvir etmişdir. Bilginin müxtәlif sәviyyәlәrinә müqabil insan tiplәrini dә ayıran İ.B. bu cәhәtdәn adi (“cümhur”), nәzәri düşünmә qabiliy yәtinә sahib (“nüzzar”) vә hәqiqәtlәri görәn xoşbәxt (süәda) insanları fәrqlәndirirdi.
    Əxlaq vә siyasәt anlayışında da ağıla әsaslanan İ.B.-yә görә, bir hәrәkәtin edilibedilmәmәsindә ağlın tәyinedici kimi iştirakı insan davranışının әsas әlamәtidir. Filosof tәbii impulslarla ani tәsirlәrdәn qaynaqlanan heyvani davranışa qarşı düşünmәyә әsaslanan insani davranışı qoymuşdur. Bundan başqa, insan davranışlarını mәqsәdlәri baxımından müxtәlif kateqoriyalara ayırmış, әxlaqi vә qeyriәxlaqi ida rәetmә formasını fәrqlәndirmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 