İBN BİBİ (ابن بيبی ), Nә s i r ә d d i n H ü s e y n i b n M ә h ә m m ә d (ö. tәqr.1285) – İran әsilli Sәlcuqi salnamәçisi. 1272 ildә atasının ölümündәn sonra Sәlcuqi sultanlarının sarayında tutduğu vәzifәlәrdә (tәrcümәçi, divan katibi vә s.) çalışmışdır. Onun “Əl-Əvamirül-әlaiyyә fil-umuril-әlaiyyә” adlı salnamәdә 1188 ildәn 1272 ilәdәk Konya sultanlığında baş vermiş hadisәlәr, dövlәtin quruluşu, ara çәkişmәlәri әks olunmuşdur. İ.B.-nin әsәri Sәlcuq dövrünә aid mühüm mәnbәdir. Əsәrin günümüzәdәk gәlib çatan yeganә nüsxәsi Süleymaniyә kitabxanasında saxlanılır.










