Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN CƏBİRUL
    İBN CƏBİRUL, Əbu Ə y y u b S ü l e y m a n i b n Y ә h y a i b n C ә b i r u l (tәqr. 1021, Malaqa – tәqr. 1055, yaxud 1058, Valensiya) – yәhudi-әrәb şairi vә filosofu. Yәhudi әdәbiyyatında Solomon (Şelomo) ben İehuda, latın mәnbәlәrindә Avicebron, Avengebirol, Avicebrol kimi xatırlanır. Şeirlәrini, әsasәn, ivritcә, traktatlarını isә әrәb dilindә yazmışdır. Saraqosada hәrtәrәfli tәhsil almış, mesenat Yekutiel ibn Hәsәnin himayәdarlığı sayәsindә biliklәrini genişlәndirmişdir. Yekutielin ölümündәn sonra maddi sıxıntı çәkmiş, bir müddәt Qranadada yaşamış, sonra Valensiyaya getmişdir.
    İ.C. on altı yaşında yazdığı mәnzumәlәr sayәsindә mәşhurlaşmışdır. Onun dәrin kәdәr vә tragizm yüklü dini vә dünyәvi şeirlәri aydın dili, mükәmmәl forması vә incә mәcazları ilә fәrqlәnir. Dini mәzmunlu şeirlәrinin (dualar, himnlәr, elegiyalar vә s.) çoxu Sәfәrad, Aşkenazi vә Kәraimli turgiyasına daxildir. İ.C.-un yaradıcılığının zirvәsi sayılan “Padşah tacı” (“Keter malhut”) dini-fәlsәfi poeması şairin Allah, ilahi iradә vә Onun yaratdığı, forma vә materiyanın vәhdәtindәn әmәlә gәlәn Kainat haqqındakı görüşlәrini ehtiva edir. Dövrümüzәdәk gәlib çatmayan, akrostixlәrdәn ibarәt “Boyun bağı” (“Ənәq”, tәqr. 1040) didaktik poeması yәhudi qrammatikasını şәrh edir. İ.C.-un dünyәvi poeziyası әrәb-yәhudi janr әnәnәsinә xas şeirlәrdәn ibarәtdir. Şeirlәrinin әksәriyyәti hamilәrinin şәrәfinә hәsr olunan qәsidәlәrdir.
    İ.C.-un әsas fәlsәfi әsәri әrәbcә orijinalda deyil, latınca tәrcümәdә saxlanan “Hәyat mәnbәyi” (“Fons vitae”) traktatıdır; әsәr orta әsrlәr Avropasında geniş yayılmış, Avropa sxolastikasına tәsir göstәrmişdir. Traktat müәllim vә şagirdin dialoqu formasında yazılmışdır. İ.C.-a görә, tәk vә bölünmәz olan Allah ilk substansiya, “hәyat mәnbәyi”dir. O dәrkedilmәzdir, insan yalnız ilahi iradәnin hәrәkәtini dәrk edә bilәr. Forma vә materiya iyerarxiyası neopla tonik anlayış olan emanasiya vasitәsilә tәsvir edilәn dünyanın bütün mәrhәlәlәrindә (ardıcıllıqla Ağıl – Can – Tәbiәt) iştirak edir. Bununla yanaşı, ilkin “universal materiya” yalnız cisim deyil, hәm dә dәrk edilәn dünyanın ümumi substratıdır. Əsәrdә spesifik yәhudi terminologiyasının, Bibliya, Talmud vә midraşalara istinadın yoxluğu İ.C.-un görüşlәrinin qәbul olunmaması ilә nәticәlәnmişdir.
    1045 ildә yazdığı “Əxlaqi keyfiyyәtlәrin islahı kitabı” (“Kitab islah әl-әxlaq”) İ.C.-un әxlaq sistemini şәrh edir; bu sistemә görә, әxlaqi prinsiplәr dini ehkamlar xaricindәdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 