İBN CÜBEYR (ابن جبير ), M ә h ә m m ә d i b n Əhmә d (1145, Valensiya – 29.11.1217, İsgәndәriyyә) – әrәb sәyyahı, yazıçı vә şair. Mәmur ailәsindәndir. Qranadada Müvәhhidlәr sülalәsi canişininin katibi olmuşdur. Üç dәfә hәcc ziyarәti etmişdir (1183–85, 1189–91, 1217). İspaniyaya qayıtdıqdan sonra birinci ziyarәti ilә bağlı “Rihlәt әl-Kinani” (“Kinaninin sәyahәti”) әsәrini yazmışdır. İ.C.-in şәxsi müşahidәlәrinә vә yol yoldaşlarından aldığı mәlumatlara әsaslanan bu irihәcmli әsәr mükәmmәlliyi vә zәnginliyi ilә fәrqlәnir, Misir, Ərәbistan, İraq, Suriya vә Siciliyanın orta әsrlәr tarixini öyrәnmәk baxımından mühüm mәnbәdir. Hәcc ayinlәrinin, Mәkkә vә Mәdinәnin görmәli yerlәrinin, hәmçinin Yerusәlim (Q ü d s) krallığının Sәlahәddin tәrәfindәn mәğlub edilmәsi (1187) әrәfәsindәki vәziyyәtinin tәsvirlәri xüsusi әhәmiyyәt kәsb edir. Avropada İ.C.-in әsәri 19 әsrin ortalarından mәlumdur vә dәfәlәrlә ingilis, fransız, italyan vә rus dillәrinә tәrcümә olunmuşdur. İ.C.-in şeirlәri arasında Sәlahәddinә hәsr olunmuş qәsidә var.










