İBN ÈZRA Abraham ben Meir (1089, yaxud 1092, İspaniya, Tudela – 1164, yaxud 1167) – yәhudi filosofu, şair, riyaziyyatçı, astronom, astroloq vә hәkim. Ehtimalki, 1140 ilә qәdәr Kordovada yaşamış, İ.Halevi vә yәhudi mәdәniyyәtinin digәr nümayәn dәlәri ilә sıx әlaqәdә olmuşdur. Müvәhhidlәr hakimiyyәtә gәldikdәn sonra müsәlman İspaniyasından hәmişәlik ayrılmışdır; Mәrakeş, Misir vә Fәlәstinә sәyahәtә çıxmışdır. İtaliya, Provans vә Fransanın şәhәrlәrindә, Londonda yaşamış, hәyatının son illәrini Cәnubi Fransada keçirmişdir.
İ.E. İspaniyada mütәfәkkir vә şair kimi mәşhurlaşmış, dünyәvi vә dini-fәlsәfi mәzmunlu şeirlәrdәn ibarәt poetik irsinin böyük qismini orada yaratmışdır. İ.E.Əhdiәtiqin çox hissәsinin şәrhinin (bütünlükdә saxlanılmamışdır) müәllifidir; o, әsәrindә qrammatik şәrh prinsipinә әsaslanaraq, mәtnin hәrfi mәnasını açmağa çalışmışdır. Filosof kimi neoplatonçu görüşlәrin tәrәfdarı olmuş, İbn Cәbiruldan tәsirlәnmişdir. “Tәrәzi” (“Moznaim”) traktatında vә qramma tikaya dair digәr әsәrlәrindә әr. yazan yәhudi alimlәrinin nailiyyәtlәrini ümumilәşdirmiş, xristian Avropasının yәhudilәrini onlarla tanış etmişdir. Hәmçinin riyaziyyat, astronomiya vә astrologiyaya dair bir sıra әsәrin müәllifidir.










