Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN ƏBD RƏBBİH
    İBN ƏBD RƏBBİH (ابن عب د ربه ), Əbu Ömәr Şihabәddin Əhmәd ibn Mәhәmmәd (28.11.860, Kordova – 1.3.940, orada) – әrәb şairi, ensiklopediyaçı alim. Gәnc yaşlarından istedadlı şair kimi tanınmış, Əndәlis әmirlәrinin saraylarında, xüsusәn Kordovada nüfuz sahibi olmuşdur. Bir çox misraları zәrbi-mәsәlә çevrilmişdir. Kordova xәlifәsi II Hәkәmin [961–976] göstәrişilә toplanmış divanı dövrümüzәdәk çatmamışdır. Şeirlәri müxtәlif mәnbәlәrdәn yığılaraq divan şәklinә salınmışdır. Yaradıcılığında әnәnәvi mәdhiyyә, hәcviyyә vә mәrsiyәlәrlә yanaşı pastoral, romantik, etik vә dini mövzulara da geniş yer vermişdir. Kordova xәlifәsi III Əbdürrәhmanın [912–961] apardığı müharibәlәrdәn bәhs edәn 445 beytlik urcuzәsi (qәhrәmanlıq dastanı) әrәb әdәbiyyatı tarixindә bu janrın әn gözәl nümunәlәrindәn sayılır. Ərәb qәsidә әnәnәsi ilә ispan nәğmәlәrinin sintezindәn yaranmış muvaşşah janrının ilk müәlliflәri arasında İ.Ə.R.-in adı çәkilsә dә, onun muvaşşahları dövrümüzәdәk çatmamışdır. İ.Ə.R. mәşhur “Əl-İqdül-fәrid”  (“Nadir boyunbağı”) antologiyasının müәllifidir. Əsәr әndәlislilәri şәrqi islam dünyası ilә tanış etmәk mәqsәdilә yazılsa da, I Ədürrәhmandan [756–788] III Əbdürrәhmana qәdәrki Əndәlis tarixini dә ehtiva edir. 25 hissәdәn ibarәt әsәr mәdәniyyәt ensiklopediyası sәciyyәsi daşıyır; burada dövrün sosial hәyatı, adәt vә әnәnәlәri, yaşam tәrzi, inancları, yerli fauna vә bölgәnin coğrafiyası barәdә dәyәrli mәlumatlar verilir. Çoxlu sayda maraqlı әhvalatlar, lәtifәlәr vә müxtәlif mövzulu şeir nümunәlәri әsәri zәnginlәşdirir. Əsәr İbn Xәldun, Qәlqәşәndi vә b. üçün mühüm mәnbә olmuşdur. İlk dәfә Bulaq mәtbәәsindә (Misir, 1847) olmaqla dәfәlәrlә nәşr edilmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 