Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN ƏL-CÖVZİ Əbül-Fәrәc 
    İBN ƏL-CÖVZİ Əbül-Fәrәc (لجوزي أبو الفرج بن),  C ә m a l ә d d i n Ə b d ü r r ә h m a n i b n Ə l i i b n M ә h ә m m ә  d ә l –
    B a ğ d a d i (tәqr. 1116, Bağdad – 16.6.1201, Bağdad) – islam ilahiyyatçısı, mühәddis, tarixçi. Müәllimi İbn Zәquninin vәfatından (1132) sonra onun yerinә keçәrәk Mәnsur mәscidindә vәzlәr etmiş, daha sonra xәlifә vә vәzirlәrin dә iştirak etdiyi elmi mәclislәrә qatılmışdır. Abbasi xәlifәsi Müstәncidin [1160–70] dәvәti ilә saray mәscidindә dәrs demişdir. 12 әsrin 60–80-ci illәrindә Bağdad hәnbәlilәrinin rәhbәri olmuş, öz inkişaf dövrünü yaşayan hәnbәli hәrәkatına böyük tәsir göstәrmişdir; Müstәzinin [1170–80] dövründә hәnbәliyyә Xilafәtdә hakim mәzhәbә çevrilmişdi. Nasir [1180–1225] hakimiyyәtә gәldikdәn sonra İ. әl-C. tәqiblәrә mәruz qalmış, 1194 ildә Vasit ş.-nә sürgün edilmişdir. 5 il sonra sürgündәn azad olunmuş, hәyatının son illәrini Bağdadda irşad fәaliyyәti ilә keçirmişdir. İ. әl-C. Əhmәd ibn Hәnbәlin mәzarının yanında dәfn olunmuşdur.
    İ. әl-C. әnәnәvi islam elmlәrinә dair 200-ә qәdәr әsәrin müәllifidir. Ən mühüm әsәri olan “әl-Müntәzәm” qәdim dövrdәn başlayaraq 1179 ilә qәdәr baş verәn hadisәlәri vә mühüm şәxsiyyәtlәrin bioqrafiyasını ehtiva edir. İ. әl-C. hadisә vә bioqrafiyaları illәrә görә müxtәlif başlıqlar altında vermәklә iki metodu birlәşdirmiş vә belәliklә tarixnәvisliyә yenilik gәtirmişdir. Yaqut Hәmәvi, İzzәddin İbn Əsir, İbn Xәlliqan, İbn Hәcәr әl-Əskәlani vә b. İ. әl-C.-dәn iqtibaslar etmişlәr. İ. әl-C. hәmçinin ilk dörd xәlifә, imamlar vә ilk sufilәrin (Hәsәn әl-Bәsri, Mәruf Kәrxi, Rabiә Ədәviyyә, Füzeyl ibn Əyaz vә b.) hәyatlarına dair mәnaqibnamәlәrin müәllifidir. Filosof vә mütәkәllimlәrin dindә әqli metodu tәtbiq etmәlәrinә qarşı mötәdil asketik-mistik elementlәrlә birlәşdirilmiş әnәnәçiliyin müdafiәçisi kimi çıxış edәn İ. әl-C. hәnbәli polemik әdәbiyyatının әsas әsәrlәrindәn olan “Tәlbisü-iblis” traktatında müxtәlif mistik cәrәyanların dinә gәtirdiyi bidәtlәri, “Seydül-xatir”dә isә müsәlmanlar arasında yayılmış yanlış etiqadları tәnqid etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 