İBN ƏL-ƏNBARİ (ابنالانباری ), K ә m a l ә d - d i n Ə b u - l - B ә r ә k әt Əbd ә r - R ә h m a n i b n ә l - Ə n b a r i (1119, Bağdad – 19.12.1181, Bağdad) – әrәb filoloqu, şair. Nizamiyyә mәdrәsәsindә (Bağdad) tәhsil almışdır. Bağdaddan kәnara çıxmamış, hәyatını elmә vә dini tәlimlәrә hәsr etmişdir. Filologiya tarixinә dair kitabı onun әn qiymәtli әsәri sayılır. Kitabda bir sıra bioqrafik oçerklәr verilmiş, filologiyanın yaranmasından Ənbarinin öz dövrünәdәk olan әdәbi proses әhatә olunmuşdur. “Ədiblәr tәbәqәsindә ağılların gәzintisi” (“Nüzhәt әl-әlba fi tәbәqat әlüdәba”) әsәrindә Xәtib Tәbrizinin hәyat vә yaradıcılığı haqqında da geniş mәlumat vermişdir: onun Bağdadda “Nizamiyyә” mәdrәsәsindә dәrs dediyini göstәrmiş, İ. 10 әsәrinin adını çәkmiş, şeirindәn iki beyt nümunә vermiş, müәllim vә tәlәbәlәrindәn bәhs etmişdir. Kufә vә Bәsrә dilçilik mәktәbinә dair traktatı var.
Əd.: З.М.Б у н и я т о в. Обзор источников по истории Азербайджана (источники арабские). Б., 1964.










