İBN ƏRƏBİ ( ابن العربي), Əbu Abdullah Mühyiddin Mәhәmmәd ibn Əli ibn Mәhәmmәd ibn әl-Ərәbi әl-Hatәmi, Şeyx Əkbәr (7.8.1165, Əndәlis, indiki İspaniya, Mursiya – 16.11.1240, Dәmәşq) – әrәbmü sәlman mütәfәkkiri, irfan vә tәsәvvüfün böyük nümayәndәsi, şair. Soy şәcәrәsi әrәblәr arasında sәxavәtilә mәşhur olan Hatәm Taiyә bağlanır. Atası dövrün tanınmış şәxsiyyәti, hәmçinin İbn Rüşdün yaxın dostu olmuşdur. İ.Ə. Pireney y-a-nın sivilizasiyalar qovşağına çevrildiyi mürәkkәb ictimai-siyasi dövrdә yetişmiş, çox sayda müәllimdәn dәrs almış, dövrünün bütün elmlәrinә yiyәlәnmişdir. Əbu Mәdyәndәn tәsirlәnmiş, әsәrlәrindә dәfәlәrlә onun adını çәkmişdir. Öz yazdığına görә, tәsәvvüfә 1184 (h. 580) ildә yetişmişdir. Gәnc yaşında İbn Rüşd ilә dialoqu mәşhurdur. 1194 ildә Şәrq sәfәrinә çıxmış, Şimali Afrikadan keçәrәk Suriya vә İraqı dolaşmışdır. 1203 ildә Mәkkәdә Sәdrәddin Qunәvinin atası Mәcdәddin İshaqla tanış olmuş, onunla birlikdә Konyaya getmişdir. Sәdrәddin İ.Ə.-nin yaxın dostu vә şagirdi olmuşdur. İ.Ə. 1212 ildә Bağdadda Əbu Hәfs Ömәr Sührәvәrdi ilә görüşmüşdür. 1223 ildә Dәmәşqә köçmüş, ömrünün sonunadәk orada yaşamış, әn mühüm әsәrlәri olan “Füsusül-hikәm”i (“Hikmәt gövhәrlәri”) burada yazmış, “Əl-Fütuhatül-mәkkiyyә”ni (“Mәkkә açıqla maları”) tamamlamışdır. Tәsәvvüfün tәmәl mәnbәlәrinә çevrilmiş hәr iki kitaba çoxlu şәrhlәr yazılmışdır. İ.Ə. Qasiyun dağının әtәyindә (Dәmәşq yaxınlığında) dәfn olunmuşdur.
Ən mәşhur әsәrlәri: “Ət-Tәdbiratül-ilahiyyә fi islahil-mәmlәkәtil-insaniyyә” (“İnsan mәmlәkәtinin islahına dair ilahi tәdbirlәr”), “Tәrcümanül-әşvaq” (“Şövqlәrin tәrcümanı”), “Şәcәrәtül-kövn” (“Varlıq ağacı”), “Risalә fi mәrifәtin-nәfs vәr-ruh” (“Can vә ruhu tanımağa dair traktat”), “Ət-Tәcәlliyatül-ilahiyyә” (“İlahi tәcәllalar”), “Divan” vә s.
İdrak nәzәriyyәsi. Hissi, әqli vә batiniintuitiv (“kәşf vә şühud”) idrak metodlarını fәrqlәndirәn İ.Ə. üstünlüyü mütlәq şәkildә sonuncuya verir. Əqli vә nәzәri metodlarla әldә olunmuş biliklәri inkar etmәsә dә, onlardakı yanlışlıq ehtimalını vә çәrçivә mәhdudluğunu önә çәkir. O bildirir ki, şeylәri yalnız öz әsli ilә tanımaq mümkündür. Hiss vә ağıl vasitә olduğundan şüuru mütlәq biliyә qovuşdura bilmir. Batini idrakın obyekti mütlәq bilikdir vә burada yanlışlıq ehtimalı yoxdur. Bu cür idrak ilahi iradәyә bağlıdır vә heç bir bilinәn sәbәbә görә әldә olunmur. İ.Ə. sәbәb qismindә hәtta tәqvanı (insanın daim ilahi nәzarәti hiss edәrәk davranma vәziyyәti) da istisna edәrәk, onun tәfәkkür kimi bilik әldәetmә vasitәlәrindәn biri olduğunu vә kәsbi (qazanılan) biliklә nәticәlәndiyini göstәrir. Əsәrlәrindә daim mәntiq qanunlarına söykәnәn vә deduksiya metodundan istifadә edәn İ.Ə. sonuncu instansiya kimi yalnız batini idraka әsaslanır. Daha doğrusu, mәntiq qanunları onun üçün әks-prosesә, yәni ani aydınlanma ilә әldә olunmuş biliklәrin şәrhinә xidmәt edir. Elm sahiblәrini “ülәma әr-rüsum” (formal alimlәr) vә “әhlullah” (Allah adamları) olaraq iki qismә ayıran İ.Ə. filosoflar içindә batini zövq sahibi qismindә Platonu fәrqlәndirir.
Varlıq fәlsәfәsi. İ.Ə.-nin tәlimindә varlıq problemi varlıq (vücud) vә yoxluq (әdәm) anlayışlarının mövcud (varolan) vә mәdum (varolmayan) ilә münasibәtindәn başlayır. İ.Ə.-yә görә, varlıq vә yoxluq varolan vә varolmayanın atributu deyil, “şeyin özünün tәsdiqi vә ya inkarıdır”. Əks halda, şeyin bir halda mövcud, başqa halda mәdum olması qeyri-mümkündür. Hәr bir şey dörd formadan birindә (bir neçәsindә vә ya hamısında) mövcud ola bilәr: öz-özlüyündә, bilikdә, nitq halında vә yazı şәklindә. Bu baxımdan şeylәr hәm mövcud, hәm dә mәdum, hәm әzәli, hәm dә yaradılmışdır.
İ.Ə. şeylәri üç mәrtәbәdә ümumilәşdirir: 1) öz-özlüyündә mövcud olan Mütlәq – Allah; 2) Allahın varlığı ilә mövcud olan Kainat; 3) bu, nә varlıq, nә dә yoxluqdur; nә әzәli, nә dә yaradılmışdır; nә Allahdan, nәdә kainatdan kәnardır. Kainat ondan törәmişdir. İ.Ə.-nin tәsvir etdiyi üçüncü mәrtәbә ilkin maddә vә ya kainatın cövhәridir. İ.Ə. әlamәt vә keyfiyyәtinә görә mövcudatın beşli tәsnifini irәli sürür: heç bir bilinәn әlamәt vә keyfiyyәti olmayan mütlәq vücud – Allah; dәyişikliyә uğramayan qeyri-maddi mövcudat; dәyişkәn maddi mövcudat; öz-özlüyündә deyil, başqa şey üzәrindә mövcud olan, zatәn deyil, aid olduğu şeydәn asılı olaraq dәyişәn mövcudat, әrәzlәr (aksidensiyalar); nisbәtlәr (zaman, miqdar, vәziyyәt, necәlik vә s.). İ.Ə.-nin ontologiyasında tәsәvvüf tarixindә ilk dәfә onun tәtbiq etdiyi “ә’yanisabitә” (sabit mahiyyәtlәr; Avropa fәlsәfәsindә fitri ideyalara uyğun gәlir) anlayışı mühüm yer tutur. O, yaradılış prosesinin izahına bu mәsәlәdәn başlayır. Heç bir fәrqlilik olmadan küll halında Allahın elmindә bilik (“şüuni-sabitә”) formasında olan şeylәr sabit mahiyyәtlәr müstәvisindә artıq bir-birindәn ayrılmış vә fәrqlәn dirilmiş şәkildәdir. Sabit mahiyyәtlәr әzәli vә әbәdi olub, yoxluq vәziyyәtindәdir. Allahın iradәsi onun elminә әsaslanır. Bu baxımdan iki cür yaradılış var: ilahi әmrdәn öncәki “tәqdir” (әzәldәn müәyyәnlәşdirmә) vә ilahi әmrlә müşayiәt olunan “icad” (sabit mahiyyәt halından vücud halına keçirmә; İ.Ə.-nin tәbirincә, “varlıq libası”na bürümә). Hәr bir şey yoxluq vәziyyәtindә öz sabit mahiyyәt halındakı formasına uyğun vücuda gәlir. Allaha mәxsus elm şeylәri hәlә sabit mahiyyәt halında olduqları zaman onlarda baş verәcәk bütün dәyişikliklәr vә müxtәlifliklәrlә birlikdә әhatә edir.
İ.Ə. Allah-kainat münasibәtini tәsәvvüf tarixindә onun adı ilә bağlı olan vәhdәtivücud konsepsiyası çәrçivәsindә öyrәnir (hәrçәnd İ.Ə. özü bu termini işlәtmәmiş, ehtimal ki, bunu ilk dәfә İbn Teymiyyә İ.Ə.- dәn bәhs edәrkәn tәtbiq etmişdir). İ.Ə.-yә görә, Allahın mahiyyәti onun vücudu ilә eynidir. Mütlәq mövcud olan Vücuddur, bütün mövcudat Onun müxtәlif tәcәllalarıdır (tәzahürlәridir). Kainat Allaha nisbәtdә kölgәnin insana nisbәti kimidir. Allah kainatın hәm әdәm, hәm dә vücud halında onunla birlikdәdir (“cәm”). Bu baxımdan tövhid (Allahı yeganә bilmә) yalnız әqli anlayış olduğu halda, cәm hәm әqli anlayış, hәm dә mövcuddur. Əbu Sәid Xәrrazın ziddiy yәtlәrin cәmi ideyasını inkişaf etdirәn İ.Ə. bunu Allahı tanımanın zәruri şәrtinә çevirmiş, belәliklә Nikolay Kuzalı vә b.-nın “әksliklәrin mütabiqliyi” konsepsiyasını üç әsr qabaqlamışdır.
Allah, İ.Ə.-yә görә, öz-özlüyündә mütlәq yeganә varlıq, fәrdlәrә nisbәtdә isә müxtәlifdir. Hәr fәrdin tanıdığı allah onun öz tәsәvvürünә uyğun, yaxud Allahın onun anlayışında tәcәlla etdiyi şәkildәdir. Allahın zatәn kainatın mövcudluğuna ehtiyacı olmasa da, kainatsız rәbb vә ilahın (sitayiş olunan) mövcudluğu mümkün deyil. M.Qәzzalinin “Allah kainat olmadan da bilinir” fikrini İ.Ə. inkar etmişdir. Onun bu fikirlәrinin yekunu aşağıdakı mәşhur kәlamıdır: “Biz sitayişedәn (mәluh) olduğumuza görә Onu sitayişolunan (ilah) etmişik”. İlahi adlar (әsmai-hüsna) İ.Ə.-nin varlıq tәliminin vә yaradılış konsepsiyasının әsas elementi kimi çıxış edir. Kainatdakı hәr zәrrә bir ilahi ada bağlıdır. Adlar yaradılışın “ilkin açarları”dır. Allahın ilk adı “yeganә vahid”dir (“vahidi-әhәd”). Allah iki cür tәcәlla edir. Birincisi substansiyanın özözündә tәcәllası, yaxud “әhәdiyyәt” (yeganәlik) mәrtәbәsidir. İkincisi, Allahın adlar şәklindә mövcudatda tәzahürü, yaxud әhәdiyyәtdәn vahidiyyәtә keçiddir. Vahiddәn hasil olan adların çoxluğu bütövlükdә özünә mәxsus әhәdiyyәtә malikdir. Bütün adları cәmlәşdirәn vә substansiyanın özünә dәlalәt edәn ad “Allah”dır. Bu baxımdan Allah “çoxluqlu vahid vә vahid çoxluqdur”.
Kosmoqoniya. İ.Ə. tәlimindә yaradılışın tәmәli vә buna görә dә kainatdakı hәr bir hәrәkәtin mәnbәyi ilahi sevgidir. Kainatın potensial cövhәri substansiyanın özözünә sevgisindәn vә tanınmaq istәyindәn doğan ilahi nәfәsdir (“nәfәsür-Rәhman”). Allahın sözlәri olan mövcudat bu nәfәsin saysız tәzahürlәridir. İnsan nitqinin mükәmmәlliyinin mәnbәyi mәhz budur (sonralar bu vә digәr ideyalar hürufilikdә sistemlәşdirilmişdir). Allahın ilk sözü – “Ol!” әmri nәfәsdә zühur etmiş, nәfәsdәn isә mövcudatın surәtlәrinin zühur etdiyi ilkin mәkan – “әma” (әr. bulud) hasil olmuşdur. Əmadakı sabit mövcudat “Ol!” әmri ilә vücud halına keçmiş vә kainat yaranmışdır. Substansiyanın eniş mәrtәbәlәrinin sayı beşdir: mәna alәmi (sabit mahiyyәtlәr), mücәrrәd ruhlar alәmi, canlar alәmi, misal vә ya xәyal alәmi, maddi alәm. Ruhi vә maddi alәmlәr arasında keçid (“bәrzәx”) olan mütlәq xәyal (“münfәsil xәyal”) yuxarı alәmdәki surәtlәri qәbul edir vә dәqiq tәcәssüm etdirәrәk olduğu kimi ötürür. Bu baxımdan, İ.Ə.-yә görә, mütlәq xәyalın modeli olan insan xәyalı (“müttәsil xәyal”) da hәr hansı metafizik surәti әks etdirmәsi baxımından heç vaxt aldadıcı olmur.
Südur nәzәriyyәsi (emanasiya) vә “birdәn yalnız bir yaranır” formulunu, hәmçinin yoxdan yaratma fikrini inkar edәn İ.Ə. Allahın sonsuz vә davamlı tәcәllaları nәzәriyyәsini formulә etmişdir. İlkin әdәm halı varlıqları davamlı olaraq әvvәlki vәziyyәtinә dartmaqda, vacib Vücud isә onları öz tәcәlla nuru ilә tәkrar yaratmaqdadır. Bu baxımdan yaradılış İ.Ə.-dә birdәfәlik yaratma deyil, daimi dәyişmә vә yenilәnmә kimi çıxış edir. O, qurduğu yaradılış sxemini daha müfәssәl şәkildә belә sistemlәşdirir: ünsüri-әzәm (substansiyanın öz-özünә tәcәllasından yaranan әn böyük ünsür); ilkin ağıl (substansiyanın әn böyük ünsürә tәcәllasından yaranan bәsit cövhәr, yaxud universal hәqiqәt – Mәhәmmәd hәqiqәti vә ya Qәlәm); külli nәfs (universal can, yaxud Qәlәmin hәr şeyi yazdığı lövhә – Lövhimәhfuz); tәbiәt (Kainatdakı varlıqların ilkin surәtlәrini ehtiva edir); hәba (әr. hәrfәn toz); cisim. İlk dәfә Cabir ibn Hәyyanda rast gәlinәn hәba anlayışı üzәrindә xüsusi dayanan İ.Ə. onu Əli ibn Əbu Talibә aid edir. İ.Ə.-yә görә, fәlsәfәdә hәyula (ilkin materiya) anlayışına uyğun gәlәn hәba bütün kainatın potensial şәkildә mövcud olduğu vücud mәrtәbәsidir.
İ.Ə. Yerdә hәyatın yaradılma ardıcıllığını sadalayarkәn hәr tәbәqә üzrә yaradılmış sonuncu varlığın sonrakı tәbәqәnin ilk varlığı olduğunu göstәrir. Bu baxımdan, qeyri-üzvi tәbәqә ilә bitkilәr arasında dombalan göbәlәyi, bitkilәrlә heyvanlar arasında xurma ağacı, heyvanlarla insan arasında isә meymun yaradılmışdır. İ.Ə.-dә Kainatın tәsvirinin yekunu M.Qәzzalinin “Olandan daha gözәlinin olması mümkün deyil” müddәasına istinaddır.
Kamil insan konsepsiyası. İ.Ə. fәlsәfәsinin mehvәrini insanın kainatdakı mövqeyi vә insanlığı öz vücudunda reallaşdıran kamil insan tәşkil edir. İ.Ə.-dә insan fәlsәfәsinin çıxış nöqtәsi bütün sәmavi dinlәrә xas olan “Allah insanı öz surәtindә yaratdı” müddәasıdır. Ona görә, hәr mövcud Allahın adlarından birinә bağlı olduğu halda, insan “Cami” (cәmlәşdirici) adına bağlıdır ki, bu adda “Allah”dır. Allahın tanınmaq istәyi baxımından ilkin mәqsәd olan İnsan mәqsәdin kamil gerçәklәşmәsi üçün әn axırda – bütün Kainat tam hazır vәziyyәtә gәtirildikdәn sonra yaradılmışdır. İlahi mәqsәdi reallaşdıran kamil insan Allaha nisbәtdә bәbәyin gözә nisbәti kimidir vә Allah özünü hәmin insanın vücudunda seyr edir. İnsan Allahın әzәliyyәti vә әbәdiyyәti sayәsindә әzәli vә әbәdidir. Mәhәmmәd hәqiqәti insan başlanğıcının kvintessensiyası, Yer hәyatında bir insan olaraq Mәhәmmәd peyğәmbәr isә hәmin hәqiqәtin mәzhәri vә әn kamil insandır.
Yaradılış nizamında İlahi әmri kişi başlanğıcı, Tәbiәti isә Kainatı doğurması baxımından qadın başlanğıcı ilә eynilәşdirәn İ.Ə. kişi vә qadının birliyi vә bәrabәrliyi amilini önә çәkir. İlahi kamillik vә gözәlliyin tәcәssümünә xidmәt edәn nikahın fәlsәfәsini
e ş q k o n s e p s i y a s ı çәrçivәsindә öyrәnәn İ.Ə. göstәrir ki, qadın kişinin güzgüsü, kişi isә Allahın tәcәllası olması baxımından, Allahın әn kamil seyri yalnız qadında mümkündür.
İ.Ə.-nin irsi, әsasәn, tәlәbәlәri Sәdrәddin Qunәvi vә İbn Sәvdәkin vasitәsilә yayılmış, ilk dәfә Fәxrәddin İraqi, Davud Qeysәri vә b. tәrәfindәn sistemlәşdirilmişdir. Qunәvinin tәlәbәsi Qütbәddin Şirazidәn başlayaraq, Molla Sәdra, Hadi Sәbzәvari, Heydәr Amoli vә b. İ.Ə.-nin vәhdәti-vücud fәlsәfәsini Sührәvәrdinin işraqilik tәlimi ilә sintez etmişlәr. C.Rumi, Mahmud Şәbüstәri, Əziz Nәsәfi, Ə.Cami, Niyazi Misri, İsmayıl Hәqqi Bursәvi vә b. İ.Ə. irsindәn bәhrәlәnmişlәr. Nikolay Kuzalı, Dante, R.Lulli, E.Svedenborq vә
b.-nın İ.Ə.-dәn tәsirlәnmәsi barәdә qeydlәr var.










