Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - İBN ƏL-HEYSƏM )
    İBN ƏL-HEYSƏM 
    İBN ƏL-HEYSƏM ( ابن الهيثم), Əbu Əli Mәhәmmәd ibn әl-Hәsәn әl-Bәsri әl-Misri (965, Bәsrә – 1039, Qahirә) – әrәb-müsәlman filosofu, optika alimi, astronom. Qәrbdә Alhazen, Alhacen, Avenetan, Avennathan adları ilә mәşhurdur. Hәyatı vә әsәrlәri haqqında mәlumat İbn Əbu Üseybiә vasitәsilә dövrümüzәdәk çatmışdır. Bәsrә, Bağdad, Dәmәşq vә Qahirә şәhәrlәrindә tәhsil almış, әsasәn, fәlsәfә, mәntiq, riyaziyyat, astronomiya vә tibb sahәlәrindә fәrqlәnmişdir. Fatimi xәlifәsi Hakim Biәmrillahın dövründә Nil çayı daşqınlarını nәzarәtdә saxlamaq üçün işlәyib-hazırladığı vә Misirә apardığı layihә uğursuz olmuşdur. İbn Sina, Biruni, İbn Miskәveyh, Qazı Əbdülcәbbar kimi alimlәrlә bir dövrdә yaşamış İ.әl-H. onların irsi ilә bağlı heç bir istinad vә şәrh vermәmişdir. Antik vә erkәn orta әsrlәrin filosof vә alimlәrinә hәsr olunmuş çox sayda şәrh, haşiyә, xülasә yazmışdır. 17 әsrәdәk Avropada optika sahәsindә әn nüfuzlu sima sayılmışdır. Optikaya dair başlıca әsәri olan “Kitabül-mәnazir”dә işığın düzxәtli yayılması, kölgәnin xüsusiyyәtlәri, göyqurşağı, halә, işığın әksolunma vә sınması kimi mövzular işıqlandırılmışdır. 7 cilddәn ibarәt әsәrin ilk 3 cildi gözün quruluşu, görmә, görmә qüsurları, növbәti 3 cildi işığın әksolunması, sonuncu cild işığın sınması barәdәdir. İ.әl-H. işığın mahiyyәtini fәlsәfi deyil, daha çox riyazi vә tәcrübi metodlarla öyrәnmiş, qaranlıq otaq (kamera-obskura) tәcrübәsini tәtbiq etmişdir. Görmәnin gözdәn çıxan işıq vasitәsilә baş verdiyinә dair öz dövrünәqәdәrki әnәnәvi düşüncәyә son qoymuş, işığın әşyadan gözә düşdüyünü göstәrmişdir. İşığın düzxәtli, hәmçinin kürәşәkilli, konusşәkilli, silindrik güzgülәrdәn әks olunmasına dair tәcrübәlәr aparmış, düşәn vә әksolunan şüanın bәrabәr bucaq altında olduğunu qüvvәlәr paraleloqramı metodu ilә isbat etmişdir.
    R.Bekon vә b.-nın “Kitab әl-mәnazir”ә istinadlar vermәsi әsәrin artıq 13 әsrdә latıncaya çevrildiyini göstәrir. Əsәrin әn mәşhur latınca tәrcümәsi alman riyaziyyatçısı F.Risnerә aiddir (“Opticae thesaurus”, 1572). Avropada optikaya dair ilk irihәcmli әsәr olan Vitelonun “Perspektiv”i (1270–78), demәk olar ki, “Kitab әl-mәnazir”in yenidәn işlәnmiş variantıdır. İ.әl-H. riyaziyyata dair “Evklidin “Əsaslar”ının şәrhi”, “Kürәnin ölçüsü haqqında”, “Dairәnin kvadraturası haqqında”, “Üçbucağın perpendikulyarları” vә s., astronomiyaya dair “Ay işığı haqqında”, “Ulduzların işığı haqqında”, “Ayın hәrәkәti”, “Ayın parallaksı haqqında”, “Tutulmalar haqqında”, “Qiblәnin istiqamәtinin hesablanması”, “Qütblәrin müәyyәnlәşdirilmәsi” vә s., hәmçinin “Göy qurşağı haqqında”, “Kölgәlәrin formaları”, “Mәkan haqqında”, “Almagest”ә düzәlişlәr”, “Ptolemey haqqında şübhәlәr” vә s. әsәrlәrin müәllifidir. İ.Kepler vә R.Dekart İ.әl-H.-dәn tәsirlәnmişlәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – İBN ƏL-HEYSƏM 