İBN ƏL-XƏTİB (ابن الخطيب ), Əbu A b d u l l a h Z ü l - v i z a r e t e y n L i s a n ü d d i n M ә h ә m m ә d i b n A b d u l l a h (15.11.1313, Əndәlis, Loxa ş. – 1374, Mәrakeş, Fәs ş.) – Yәmәn әsilli әrәb tarixçisi, әdib. İ. әl-X.-in vәzirliyi müddәtin dә müxtәlif dövlәt adamlarına yazdığı rәsmi, hәmçinin dostlarına ünvanladığı şәxsi mәktubları tarixi vә әdәbi cәhәtdәn dәyәrli mәnbәdir. Rәsmi sәnәdlәrdәn istifadә etmәk imkanı olan müәllifin tarixә dair әsәrlәrinin әhәmiyyәtli cәhәti Əndәlis xalqının yaşayışı, mәdәniyyәti vә adәtlәri haqqında mәlumat vermәsidir. 4 cildlik “Əl-ihatә fiәxbari-Qırnatә” әsәrindә Qranadanın tarixi, coğrafiyası vә topoqrafiyasına dair mәlumatları, şәhәrlә әlaqәsi olan tanınmış şәxsiyyәtlәrin bioqrafiyalarını, hәmçinin onların әsәrlәrindәn nümunәlәr vermişdir. 1359–68 illәr arasında yazdığı әsәrin sonuna öz hәyat hekayәsini dә әlavә etmişdir. Sürgün illәrindә (1360–62) qaldığı Sela ş. ilә bağlı xatirәlәrini ehtiva edәn “Nüfazәtül-cirab fi ulalәtil-iğtirab” әsәri Fәs ş. vә Mәrinilәr sülalәsinin tarixini öyrәnmәk baxımından әhәmiyyәtlidir. “Ə’malül-ә’lam fi mәnbuyiә qәblәl-ihtilam min mülukil-İslam” әsәrindә Nәsri sultanı Qәni-Billah Mәhәmmәdә qәdәr islam tarixi qәlәmә alınmışdır.










