İBN ƏL–QUTİYYƏ (ابن القوطية ), Əbu B ә k r i b n Ö m әr ә l - Q u r t u b i (?, Sevilya – 6.11.977, Kordova) – әrәb tarixçisi. Əslәn vestqot idi. Sevilya vә Kordovada görkәmli alimlәrdәn tәhsil almışdı. “Tarix iftitah әl-Əndәlis” (“Əndәlisin fәthi tarixi”) İ. әl-Q.-nin әsas әsәri, İspaniyada әn erkәn müsәlman salnamәlәrdәn biridir. Əsәr 8 әsr – 10 әsrin әvvәllәrindә Pireney y-a-nın etnosiyasi tarixi üzrә mühüm mәnbәdir.










