İBN ƏL-MÜQƏFFA ( ابن المقفعّ), Ə b u M ә h ә m m ә d A b d u l l a h i b n ә l M ü q ә f f a (tәqr. 720, yaxud 724, İran, Cur, indiki Firuzabad – tәqr. 759, Bәsrә) –әrәb-müsәlman filosofu, yazıçı vә tәrcümәçi. Mәnşәcә farsdır; islam dinini qәbul edәnәdәk adı Ruzbeh olmuşdur. Bәsrә vә Kufәdә tәhsil almış, başda әrәb dili vә әdәbiyyatı olmaqla fars, hind, yunan mәdәniyyәtlәrini dәrindәn mәnimsәmişdir. Yerli hakimlәrә katiblik etmişdir. Bәzi rәvayәtlәrә görә, kafirlikdә tәqsirlәndirilәrәk, Bәsrә hakimi Süfyan ibn Müaviyә tәrәfindәn öldürülmüşdür. Aristotelin mәntiqә dair “Kateqoriyalar”, “Tәfsir haqqında” vә “Analitika” әsәrlәrini, habelә “Kәlilә vә Dimnә”ni, Firdövsinin “Şahnamә”sinin әsas mәxәzlәrindәn olan “Taclar kitabı” әsәrini orta fars (pәhlәvi) dilindәn әrәbcәyә çevirmişdir. “Kәlilә vә Dimnә”nin tәrcümәsilә әrәb әdәbiyyatına tәmsil janrını gәtirmişdir. “Kәlilә vә Dimnә”nin hәm orijinalı, hәm dә pәhlәvi vә süryani dillәrindәki tәrcümәsi itdiyindәn әsәr dünya әdәbiyyatına İ. әl-M.-nın sayәsindә mәlum olmuşdur. Başlıca әsәrlәri: “Əl-Ədәbülkәbir” (“Böyük әdәb”), “Əl-Ədәbüs-sәğir” (“Kiçik әdәb”), “Əl-Ədәbül-vәciz lil-vәlәdis-sәğir” (“Kiçik uşaq üçün müxtәsәr әdәb”) vә s.










