İBN ƏR-RUMİ (ابن الروم ى ), Ə b u - l -H ә s ә n Ə l i i b n ә l - A b b a s (21.6.836, Bağdad – 14.6.896, Bağdad) – әrәb şairi. Atası yunan, anası fars olmuşdur. Hәr tәrәfli tәhsil almış, qrammatika, fәlsәfә vә әdәbiyyatı yaxşı bilmişdir. Müxtәlif janrlarda yazdığı şeir divanı mәşhurdur. Satirik şeirlәrinә, epiqramlarına görә әyanlar tәrәfindәn tәqib olunmuş, xәlifә, әl-Mütәzidin vәziri tәrәfindәn zәhәrlәnmişdir. Yaradıcılığında, әsasәn, tәbiәt tәsvirlәri, lirizm vә psixologizm üstünlük tәşkil etmişdir. Əsәrlәri lakonikliyi, geniş vә dәrin mәna tutumu ilә seçilir. Nәsr әsәrlәri dә var. İbn Sina onun şeirlәrinә şәrh yazmışdır.
Ə s ә r i: Divan. Qahirә, 1924 (әrәb dilindә).










