İBN ƏRƏBŞAH (ابن عربشاه ), Ə b ü l A b b a s Ş i h a b ü d d i n Ə h m ә d i b n M ә h ә m m ә d (15.11.1389, Dәmәşq –24.8.1450, Qahirә) – әrәb tarixçisi, әdib vә şair. Dil, tarix, әdәbiyyat vә din mövzusunda әsәrlәr yazmış, tәrcümәlәr etmişdir. Tәhsilini Sәmәrqәnddә almışdır. Daha sonra Monqolustan vә Çin sәrhәdlәrinә qәdәr getmiş, oradan Krıma sәfәr etmişdir. Bu sәyahәtlәr әrzindә dövrünün görkәmli alimlәrindәn dәrs almışdır. 1412 ildә Ədirnәyә gәlәrәk Sultan Mehmedin sarayında çalışmışdır. Onun ölümündәn sonra 1422 ildә Dәmәşqә qayıtmış, 1438 ildәn isә Qahirәdә yaşamışdır. Üç dildә (әrәbcә, farsca, türkcә) yazması sәbәbi ilә “Mәlikül-kәlam fi’l-luğatis-sәlas” (“Üç dildә söz padşahı”) kimi tanınan İ.Ə. әsl şöhrәtini tarix sahәsindә qazanmış vә tarixi әdәbiyyatda Teymuri tarixçisi kimi tanınmışdır. Əsas әsәrlәrindәn birindә, әrәbcә yazılmış “Əcaibül-mәqdur fi nәvaibi-Timur”da Əmir Teymurun fәaliyyәtlәri vә onun ölümündәn sonrakı dövr haqqında mәlumat vermişdir. “Uqudün-nәsihә” adlı әsәri müәllifin hәyatı haqqında bioqrafik kitabdır. O, “Fakihәtülxülәfa vә müfakәhәtüz-zürәfa” әsәrini tәrcümә etmiş, “Fakih әtül-xülәfa” adı ilә әrәb dilindә yenidәn işlәmişdir. On bölmәdәn ibarәt olan әsәrdә әrәb, әcәm vә türk hökmdarları, hәmçinin Çingiz xan ilә bağlı geniş mәlumat verilmiş, monqol istilasından, onların adәt vә әnәnәlәrindәn bәhs edilmişdir.










