İBN ƏSAKİR ( ابن عساكر), S i q ә t ü d d i n Ə b ü l q a s i m Ə l i i b n ә l - H ә s ә n (1105, Şam – 1176, Şam) – әrәb tarixçisi vә hәdis alimi. Şamda uzun illәr mühüm rol oynayan, bir sıra görkәmli alimlәrin yetişdiyi Bәni Əsakir nәslinin әn mәşhur nümayәndәsidir. Tәhsilini tamamladıqdan sonra hәdis elminә yiyәlәnmәk üçün Bağdad, Mәkkә vә Mәdinәyә yollanmışdır. Şama qayıtdıqdan sonra buradakı hәrc-mәrcliklә әlaqәdar 1134 ildәn Xorasan, İsfahan, Mavәraünnәhr vә Mәrvi dolaşmış, 1139 ildә yenidәn Şama dönmüşdür. Nurәddin Zәngi Şamı әlә keçirdikdәn sonra İ.Ə. üçün “Darüs-sünnә” adlı hәdis mәktәbi tikdirmişdir. Əsas әsәrlәri Nurәddin Zәnginin cihadından bәhs edәn, 40 hәdisdәn ibarәt “Ərbәin fil-ictihad fi iqamәtil-cihad” vә Şamın coğrafi mövqeyini, tarixini, şәhәrin tanınmış şәxslәrinin bioqrafiyasını әks etdirәn ensiklopedik sәciyyәli “Tarixu mәdinәti Dimәşq”dir.










