İBN FARİZ ( اب ن الفارض), Ə b u H ә f s (Ə b ü l - Q a s ı m) Ş ә r ә f ә d d i n Ö m ә r i b n Ə l i i b n M ü r ş i d ә s - S ә d i ә l –
H ә m ә v i ә l - M i s r i (22.3.1181, yaxud 11.3.1182, Qahirә – 23.1.1235, Qahirә) – әrәb sufi mütәfәkkiri, şair. Hәyatı haqqında mәlumat azdır. İlk tәhsilini atasından almış, İbn Əsakir vә Münziridәn dini elmlәri öyrәnmiş, gәnc yaşlarında tәsәvvüfә yönәlmişdir. 1216–31 illәrdә Mәkkәdә yaşamış, orada Ş.Sührәvәrdi ilә görüşmüşdür. Hәyatının son illәrindә Qahirәdә Əzhәr mәscidindә vәzlәr etmişdir. Müqәttәm dağının әtәyindә dәfn olunmuşdur. Mәzarı ziyarәtgahdır.
İ.F.-in divanına daxil olan iki mistik qәsidәsi – “әl-Qәsidәtüt-taiyyә”, yaxud “әt-Taiyyәtül-kübra”(sonralar “Nәzmüs-süluk” adlandırmışdır) vә “әl-Qәsidәtül-xәmriyyә” adıyla xatırlanan “әl-Qәsidәtül-mimiyyә”si mәşhurdur. 750 beytdәn çox olan “Nәzmüs-süluk” şairin batini tәcrübәlәrinin vә ruhi yüksәlişinin tәsviridir. İkinci qәsidәsindә şәrabı ilahi eşqin rәmzi kimi tәsvir edәn İ.F. әrәb әdәbiyyatında simvolizmin mühüm nümayәndәsinә çevrilmişdir. Hәr iki qәsidә müxtәlif dillәrә tәrcümә olunmuş, bir çox müәllif (Davud Qeysәri, Ə.Cami vә b.) tәrәfindәn şәrh edilmişdir. Bәdrәddin Biruni İ.F.-in divanının şәrhini vermişdir.










