İBN FƏDLAN, İ b n F ә z l a n (
), Ə h m ә d i b n A b b a s (?–?) – 10 әsrin birinci yarısında yaşamış әrәb sәyyahı, yazıçı. Xәlifә Müqtәdirin [908–932] Volqa Bulqarıstanına göndәrdiyi sәfirliyinin katibi idi. 921 il iyunun 21-dә Bağdaddan çıxmış, Hәmәdan, Rey, Nişapur, Mәrv, Buxara vә Xarәzmdәn keçәrәk 922 il mayın 12-dә Volqa Bulqarıstanına gәlmişdi. Bu sәfәrә hәsr olunmuş “Risalә” yazmışdır. İ.F.-ın Orta Asiya xalqları, hәmçinin bulqarlar, xәzәrlәr, başqırdlar, oğuzlar, ruslar haqqında verdiyi mәlumat hәm tarixi, hәm dә etnoqrafik baxımdan diqqәti cәlb edir.
“Risalә” orta әsrlәr müsәlman dünyasında geniş yayılmışdı, lakin onun ilkin redaksiyası itmişdir. 13 әsrdә onun ixtisar edilmiş mәtnindәn Yaqut әl-Hәmәvi “Mucәm әl-buldan” adlı ensiklopedik coğrafi lüğәtindә istifadә etmişdir. 1923 ildә Ə.Z.V.Toğan bu variantı (son hissәsi istisna olmaqla) Mәşhәd ş.-ndә imam Əli әr-Rizanın dәfn olunduğu ziyarәtgah kompleksinin kitabxanasında tapmışdır.










