İBN HƏSSUL (ابن حسول ), Ə b ü l - ә l a Mә h ә m m ә d i b n Ə l i (?, Hәmәdan –1058) – tarixçi vә dövlәt xadimi. Rey ş.-ndә tәhsil almışdır. Büveyhi hökmdarı Mәcduddövlә Rüstәmin [997–1029] vәziri olan İ.H. Rey ş. Mahmud Qәznәvi tәrәfindәn әlә keçirildikdәn sonra Qәznә ş.-nә aparılmışdır. Sultan Mәsudun dövründә Rey ş.-ndә divanın rәisi idi. 1035 ildә Böyük Sәlcuqi sultanı Toğrul bәy vә onun vәziri әl-Kunduri tәrәfindәn dövlәt işlәrinә cәlb olunmuşdur. Əsas әsәri “Tәfzilül-әtrak әla sairil-әcnad vә mәnaqibil-hәzrәtil-aliyәtis-sultaniyyә”dir. Əsәrdә Büveyhilәr sülalәsi, türklәr, hәmçinin Sәlcuqilәr tarixi ilә bağlı mühüm mәlumatlar verilmişdir. Əsәrdә xәzәrlәrin xaqanı ilә Sәlcuqilәr sülalәsinin banisi Sәlcuq bәy (әslindә atası Dukak) arasında gedәn mübarizәdәn dә bәhs edilir.










