İBN XƏLLİKAN ( ابن خلكان), Ə h m ә d i b n M ә h ә m m ә d ә l - B ә r m a k i (23.9.1211, İrbil – 21.10.1282, Dәmәşq) – әrәb tarixçisi, hüquqşünas. 1261 ildә mәmlük sultanı I Bәybars Onu Dәmәşqin ali hakimi tәyin etmişdi. 1271 ildәn Qahirәdә dәrs demiş, 1278 ildә yenidәn Dәmәşqdә hakim olmuşdur. Dövrümüzәdәk çatmayan mәnbәlәr әsasında 1256–74 illәrdә yazdığı “Vәfәyat әl-әyan vә әnba әbna әz-zәman” (“Görkәmli adamların vәfatı vә zәmanә oğulları haqqında xәbәrlәr”) әsәri Xilafәt tәrkibinә daxil olan ölkәlәrin iqtisadi, siyasi vә mәdәni hәyatını öyrәnmәk üçün qiymәtli mәnbәdir. Əsәrdә Babәk hәrәkatı, Afşinin xürrәmilәrlә vuruşmaları, Xәtib Tәbrizinin hәyatı vә yaradıcılığı vә s. haqqında mәlumat verilmişdir. İ.X.-ı Şәrqin Plutarxı adlandırırlar.










