Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN XƏLDUN 
    İBN XƏLDUN (ابن خلدون ), Vәliyyüddin Əbu Zeyd Əbdürrәhman ibn Mәhәmmәd (27.5.1332, Tunis – 17.3.1406, Qahirә) – islam tarixçisi, sosioloq, filosof, iqtisadçı, dövlәt vә ictimai xadim. 9–13 әsrlәrdә müsәlman İspaniyasının, 13 әsrdәn isә Tunisin siyasi vә mәdәni hәyatında mühüm rol oynamış mәşhur İbn Xәldunlar ailәsinә mәnsubdur. 1349–75 illәrdә Tunis, Fәs, Qranada vә Bicayә hökmdarlarının saraylarında katiblikdәn baş vәzirliyә qәdәr müxtәlif vәzifәlәrdә çalışmışdır. Dәfәlәrlә diplomatik tapşırıqları icra etmiş, o cümlәdәn Kastiliyada kral I Pedro, Şamda (indiki Dәmәşq) Teymurla görüşmüşdür. 1375 ildә siyasi fәaliyyәtdәn uzaqlaşaraq Əlcәzairdәki İbn Sәlamә qalasına çәkilmişdir. Orada özünün tarix fәlsәfәsi konsepsiyasını formulә etdiyi “Kitab әl-ibәr”in (“İbrәtlәr
    kitabı”) sonralar “Müqәddimә” kimi mәşhurlaşan 1-ci hissәsini yazmış, hәmçinin “Əl-İbәr”in әrәb vә bәrbәrlәrin tarixini әhatә edәn ilk nüsxәsini hazırlamışdır. 1379 ildә Tunisә qayıtmış, Hәfsi hökmdarı II Əbu Abbasın [1370–94] istәyi ilә “Əlİbәr”i tamamlayaraq ona ithaf etmişdir (Tunis nüsxәsi kimi tanınır). Nüfuzuna görә saray mühitinin tәzyiqinә mәruz qalmış vә 1382 ildә Misirә yollanmışdır. Qahirәdә qısa vaxtda şöhrәt qazanmış, Əzhәrdә dәrs demәyә başlamışdır. Mәmlük sultanı Bәrkuk onu baş qazı tәyin etmiş vә ona “Vәliyyüddin” adını vermişdir. İ.X. 1400 ildә Mәmlük sultanı Fәrәcin [1399–1405] Suriya sәfәrindә iştirak etmiş, hәmin vaxt Teymurla görüşmüşdür. Ömrünün sonunadәk Misirdә yaşamışdır. Orada “Əl-İbәr”i tamamlayaraq Fәsә, Hәfsi hökmdarı Əbu Farisә [1394–1434] göndәrmişdir (Farisiyyә nüsxәsi kimi tanınır).
    Əsәrlәri. 7 cild vә 3 hissә şәklindә yazılmış “Əl-İbәr”in “Bәşәr sivilizasiyasının xüsusiyyәtlәri” adlanan 1-ci hissәsi әsәrin ön sözü vә müqәddimәsi ilә birlikdә “Müqәddimә” kimi tanınmış, ilk dәfә Bulaq mәtbәәsindә (Qahirә, 1856), daha sonra Parisdә (1858) ayrıca әsәr kimi nәşr olunmuşdur. “Müqәddimә” fransız, ingilis, rus, türk vә fars dillәrinә tәrcümә edilmişdir. “Əlİbәr”in 2–5-ci cildlәri әn qәdim zamandan İ.X.-un dövrünәqәdәrki Yaxın Şәrq vә Avropanın, 6–7-ci cildlәri Şimali Afrikanın tarixini әhatә edir (ilk tam nәşri – Qahirә, 1867–68). Əsәrdә әrәblәrin Azәrb.-a gәlişi, Azәrb.-da mәskәn salan әrәb tayfaları, xәlifә Harun әr-Rәşidin dövründә Azәrb.-dan alınan vergilәrin miqdarı, Sacilәr, Müsafirilәr, Salarilәr, Rәvvadilәr, Eldәgәzlәr dövlәti, hәmçinin xarәzmlilәrin, qıpçaq vә monqolların basqınları vә s. haqqında mәlumatlar var.
    Dövrümüzәdәk çatmış digәr әsәrlәri: Fәxrәddin Razinin kәlam elminә dair “Mühәssәl”inin ixtisarı olan “Lübabül-mühәssәl” (1351); tәsәvvüfә dair “Şifaüs-sail” (1372–74). Tarixçi İbn әl-Xәtib onun mәntiq vә riyaziyyata dair risalәlәr, İbn Rüşdün bir çox әsәrinә xülasәlәr yazdığını da göstәrir.
    İctimai-siyasi görüşlәri. İ.X.-un düşüncә sisteminin mәrkәzini özünün yaratdığı “umran (hәrfәn: sivilizasiya) elmi” tәşkil edir. Bu elmin predmeti cәmiyyәtin formalaşma qanunları, onda baş verәn dәyişikliklәr vә bu dәyişikliklәr nәticәsindә yaranan tarixdir. Umran elminin mәqsәdi tarixin ümumi mәnzәrәsini yaratmaq, hadisәlәrin sәbәb-nәticә әlaqәsini üzә çıxararaq tarixi gedişatın düsturunu qurmaq vә belәliklә, gәlәcәyi proqnozlaşdıra bilmәkdir. İki varlıq sahәsini – ünsürlәr vә hadisәlәr alәmini fәrqlәndirәn İ.X. ilk dәfә olaraq tarixi ictimai varlıq sahәsi anlayışını tәtbiq etmişdir. Ünsürlәr alәmi insanın fiziki mövcudluğunu әhatә edәn tәbii varlıq sahәsidir. Hadisәlәr alәmi isә cәmiyyәt hәyatının nәticәsi kimi ortaya çıxır vә insanların fәaliyyәtinin mәcmusudur. Hadisәlәr cәmiyyәtdәn kәnar mövcud olmadığına görә ictimai, zamanla dәyişdiyinә görә isә tarixi sәciyyә daşıyır. İnsanların birgәyaşayışı prosesindә fiziki dünyada (ünsürlәr alәmindә) tәbii mövcud olmayan hәmrәylik (“әsәbiyyә”), әmlak, güc, dövlәt kimi yeni ünsürlәr meydana gәlir. Tarixi-ictimai varlıq sahәsinin ünsürlәri mahiyyәtcә aksidental olsa da, insanlar onlara obyektiv vә müәyyәnedici sәciyyә qazandırmışlar. İ.X. tarixi-ictimai varlıq sahәsini bәşәri problem kimi sәrgilәyir, eyni zamanda bunun ictimai hәyatın zәruri nәticәsi olduğunu tarixi dәlillәrlә göstәrir. Bu baxımdan umran elmi bir tәrәfdәn tarix fәlsәfәsi, digәr tәrәfdәn sosiologiya ilә sәslәşsә dә, daha çox bunların fövqünә qalxan cәmiyyәt metafizikası kimi çıxış edir.
    Tarixi “yolu ağır, faydası çox vә mәqsәdi şәrәfli olan” elm kimi sәciyyәlәndirәn İ.X. onun zahiri vә batini cәhәtlәrini fәrqlәndirir. Tarixin zahiri hadisәlәrin ardıcıllığını, batini isә hadisәnin başvermә әsasını öyrәnir. İ.X. tarixçilәrin doğru vә yanlış faktları ayırd edә bilmәmәsini umran elmindәn xәbәrsizliklә әlaqәlәndirir. Hadisәnin tәbiәtini bilmәk onun baş verә bilәcәyini-bilmәyәcәyini müәyyәnlәşdirmәk üçün әsas amildir. Bu baxımdan umran tarix elminin batini, tarix isә umranın zahiridir.
    Ümumilikdә İ.X.-un tarix fәlsәfәsi vә sosiologiyası üçün determinizm vә rasional yanaşma sәciyyәvidir. O, tәbiәt vә cәmiyyәtin hәrәkәtverici qüvvәsini vә formalaşma sәbәblәrini onların öz içindә qәrarlaşdırır. İnsan iradәsini yalnız yaranış vә mәhvolmada ilahi iradә ilә çәrçivәlәndirәrәk deizm mövqeyindәn çıxış edir. İ.X.-a görә, insan cәmiyyәtlә birlikdә formalaşdığından onda fitri bilik vә bacarıqlardan söhbәt gedә bilmәz. İnsanın mövcudluğu vә formalaşmasının ön şәrti cәmiyyәt, cәmiyyәtin formalaşmasının әsas şәrti isә tәbiәtdir. Buna görә İ.X. umranın qanunlarından әvvәl dünyanın coğrafi mәnzәrәsini verir, yeddi iqlim üzrә yetmiş coğrafi әrazi vә bu әrazilәrdә yaranan sivilizasiyaların fәrqlәrindәn bәhs edir.
    Hakimiyyәtin ictimai hәyatın zәruri nәticәsi kimi tәrifini verәn İ.X. onun birmәnalı şәkildә xeyirdәn qaynaqlandığını göstәrir. İnsan tәbii olaraq heyvani (şәr) cәhәti ilә özünümüdafiәyә, insani (xeyir) cәhәti ilә isә birgәyaşayışa meyillidir. Bu baxımdan birgәyaşayışın zәruri nәticәlәri olan әmlak vә dövlәt ünsürlәri xeyirә әsaslanır. Belәliklә, tarixi-ictimai varlıq sahәsi әxlaqi vә ictimai olanın birlәşmәsi ilә tamamlanır. Bu varlıq sahәsinin vә onun gerçәklәşmә formaları olan әmlak vә siyasәtin tәbii olaraq şәrә әsaslanması mümkün deyil, şәxsi mәnfәәt naminә şәrә çevrildiyi tәqdirdә isә sıradan çıxmağa mәhkumdur. İ.X. mükәmmәl hakimiyyәt vә siyasәtin obyektiv şәrti olan әxlaqı önә çәkmәklә bunu yaranış vә mәhvolma sahәsindәki ilahi işin yer üzündә davamı, insanın dünyada xәlifәlik mәqamının gerçәklәşmәsi kimi sәciyyәlәndirir.
    İ.X. dövlәtlәrin vә iqtidarların mövcudluğunu tarixi-ictimai varlıq sahәsinin tәbii daxili qanunları ilә izah edir vә bunu “tövrlәr” (mәrhәlәlәr) nәzәriyyәsindә yekunlaşdırır. İ.X.-a görә hәr bir dövlәt zәruri olaraq 5 mәrhәlәdәn keçir: quruluş, hakimiyyәtin şәxslәşdirilmәsi, siyasi istiqrar, hakimiyyәtә vәrdiş vә hәrc-mәrclik. Hәtta bu qanunları bilmәk dә dövlәtin işinә tәsir göstәrә bilmir; qanunu bilәn şәxsin timsalında dövlәtin ömrü yalnız bir qәdәr uzana bilәr.
    İ.X. dövlәtin yaranış mәqsәdinә zidd olan amillәrin qarşısının alınması üçün düşünülәn qanunlar toplusu kimi sәciyyәlәndirdiyi siyasәti iki qismә ayırır. Mütәfәkkirlәrin vә dövlәt adamlarının düşündüyü qanunlar “әqli siyasәt”dir. Bunlar әn yaxşı halda insanların yalnız dünyәvi mәnfәәtlәrini nәzәrә alır, buna görә dә yaradılış mәqsәdinә uyğun deyil. İnsanlar üçün әn xeyirli olan yalnız Allah tәrәfindәn bilindiyinә görә, İ.X. “dini siyasәt”i yaradılış mәqsәdinә uyğun görür. Bu baxımdan o, peyğәmbәrlik institutunu umranın başlıca şәrtlәrindәn biri kimi önә çәkir.
    Cәmiyyәtin hәyati fәaliyyәtinin әsasını İ.X. cәmiyyәt üzvlәrinin birgә zәhmәtindә görürdü. İnsanların әmәyә әsaslanan qarşılıqlı әlaqәlәrinin başlıca forması әmtәә mübadilәsidir ki, bu da mübadilә mәhsullarının bәrabәr dәyәrdә olmasını nәzәrdә tutur. Mәdәniyyәtin inkişaf sәviyyәsi vә hakimiyyәtin xarakteri dövlәtdә mövcud olan әmәk bölgüsündәn vә tәbәәlәrin tәsәrrüfat fәaliyyәtindәn asılıdır. İ.X.-un fәrziyyәvә nәzәriyyәlәri Avropa mütәffәkirlәrinin (C.Viko, T.Hobbs, N. Makiavelli, Ş.L.Monteskyö, A.Smit vә b.) sonrakı әsәrlәr dә fәal işlәdiklәri ictimai müqavilә, dәyәrin әmәklә bağlı tәbiәti, biliklәrin sosialogiyası ideyalarını xeyli qabaqlamışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 