İBN İSFƏNDİYAR (ابن اسفن ديار ), B ә h a ü d d i n M ә h ә m m ә d i b n H ә s ә n (? – tәqr. 1216) – “Tarixi Tәbәristan” adlı әsәri (1216) ilә mәşhur olan iranlı tarixçi. Əsәrdәki bәzi mәlu matlardan Amollu olduğu güman edilir. Hәyatının böyük bir hissәsini Tәbәristanda hakimiyyәtdә olan İspәhbәdhiyyә (Bavәndilәrin bir qolu) hökmdarlarından Hüsamüddövlә Ərdәşir ilә oğlu vә xәlәfi II Nasirüddövlәnin, hәmçinin Şah Qazi Rüstәmin [1206–10] xidmәtindә olmuşdur. 1210 ildә Reyәgetmiş vә burada qaldığı müddәt әrzindә kitabxanada Əbül-Hәsәn ibn Mәhәmmәd әl-Yәzdadinin Tәbәristanda hakimiyyәtdә olmuş Qavbare sülalәsinin tarixi haqqında әrәbcә әsәrinә rast gәlmiş, ona әlavәlәr edәrәk fars dilinә tәrcümә etmişdir. Sonra Amola qayıtmağa mәcbur olmuşdur. Oradan isә Xarәzmә getmişdir.
Tәbәristan tarixinә dair әn qәdim mәnbәlәrdәn istifadә olunan “Tarixi Tәbәristan” әsәri dörd hissәdәn ibarәtdir. Birinci hissәnin dörd alt başlığının birincisindә Ərdәşir Babakanın [226–240] ali herbәdi Tәnsәrin Tәbәristan hökmdarı Şah Gusnasfa (Güşnәsbә) mәktubunu daxil edilmişdir. Bu mәktub Sasani dövlәtinin quruculuğu haqqında mühüm mәlumatlar verir. Bundan sonrakı alt başlıqlar Tәbәristan bölgәsinin tarixi, şәhәrlәrin quruluşu, burada hakimiyyәtdә olmuş Qavbare şahları, bölgәnin fiziki xüsusiyyәtlәri vә burada yaşamış alimlәr, astronomlar, hәkimlәr vә b. haqqındadır. İkinci hissәdә Tәbәristanda hakimiyyәtdә olmuş Ziyarilәr vә Büveyhilәr, üçüncüdә Tәbәristanın Qәznәvilәr vә Sәlcuqilәrin hakimiyyәtinә keçmәsi, dördüncü hissәdә isә Bavendilәr sülalәsi haqqında mәlumat vermişdir. Əsәr İranın Xәzәr әyalәtlәtlәri ilә yanaşı Sәlcuqilәr dövlәtinin tarixinin öyrәnilmәsi üçün mühüm mәnbәdir.










