İBN İZARİ (ابن عذاري ), Ə b ü l - A b b a s Ə h m ә d i b n M ә h ә m m ә d (13 әsrin ikinci yarısı, Mәrakeş – 14 әsrin ikinci onilliyi, Mәrakeş) – mәğribli tarixçi. Əndәlisdәn Mәğribә köç etmiş ailәyә mәnsubdur. Bir müddәt Mәrakeş valisi olmuşdur. Dövrümüzәdәk gәlib çatmış yeganә әsәri “әl-Bәyanül-muğrib fi (ixtisari) әxbari mülukil-Əndәlis vәl-Mәğrib”dir. Üç cildlik әsәrin birinci cildi Şimali Afrikanın işğalı, Əmәvilәr vә Abbasilәr dövründәki idarә sistemi, bölgәdә meydana gәlәn Əğlәbilәr, Rüstәmilәr, İdrisilәr, Fatimilәr, Zirilәr kimi müsәlman sülalәlәri, ikinci cildi işğaldan “müluk әt-tәvaif” (tayfa mәliklәri) dövrünün sonuna qәdәr Əndәlis vә onun siyasi inkişafı haqqındadır. Son cilddә, әsasәn, Mürabitlәr vә Müvәhhidlәr, qismәn dә Mәrinilәr, Hәfsilәr, Nәsrilәr vә Hudilәr ilә әlaqә dar mәlumatlar verilmişdir.










