İBN QURRA (Abu Hasan Sabit ibn Qurra) (836, Harran – 901, Bağdad) – Bağdad riyaziyyatçısı. Onun riyaziyyata aid işlәri hәqiqi әdәdlәr nәzәriyyәsinin, inteqral hesabının, sferik triqonometriya teoremlәrinin vә qeyri-Evklid hәndәsәsinin yaranmasın da mühüm rol oynamışdır. Ptolemey sisteminin islahatçılarından biri olmuşdur.










