İBN MACİD (ابن ماجد ) Əhmәd (1421–1501) – әrәb dәnizçisi. 1498 ildә Vasko da Qamanın gәmilәrini Afrikanın şәrq sahillәrindәn Kәlkәtә ş.-nәdәk aparmışdır. Dәnizçilik nәzәriyyәsinә dair tәqr. 40 әsәrin müәllifidir. İ.M.-in әsas әsәri “Kitab әlfәvaid fiüsul ilm әl-bәhr vәl-qәvaid” (“Dәnizçilik elminin әsasları vә qaydalarının faydaları haqqında kitab”). Əsәrdә dәnizçilik tarixi, coğrafiya vә astronomiya haqqında mәlumatlar var, ulduzlar vasitәsilә sәmtlәşdirmә vә yelkәnli gәmilәrin idarәsi üsulları, әrәb dәnizçilәrinin Zәnzibardan vә Madaqaskardan Tayvana vә İndoneziyaya üzmә marşrutları әtraflı tәsvir edilmişdir. İ.M.-in әsәrlәri orta әsrlәrdә әrәb xalqlarında dәnizçiliyin yüksәk sәviyyәdә olduğunu tәsdiqlәyir. Hind okeanında üzmәyә çıxan Avropa dәnizçilәri tәrәfindәn İ.M.-in әsәrlәri geniş istifadә olunurdu.










