Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN MİSKƏVEYH 
    İBN MİSKƏVEYH (ابن مسکويه ), Ə b u Ə l i Ə h m ә d i b n M ә h ә m m ә d i b n Y a q u b i b n M i s k әv e y h ә l   H a z i n (tәqr. 932, Rey – 16.2.1030) – islam filosofu, tarixçi. Hәyatı haqqında qismәn özünün “Tәcaribül-ümәm”indә (“Xalqların tәcrübәsi kitabı”), qismәn dә müasirlәri Əbu Süleyman Sicistani, Əbu Hәyyan Tövhidi vә Əbu Mәnsur Sәalibinin әsәrlәrindә mәlumat var. İ.M.-in hәyatı vә әsәrlәri haqqında başlıca mәnbә Yaqut Hәmәvinin “Mücәmül-üdәba” әsәridir. İ.M. gәnc yaşlarında mükәmmәl tәhsil almış, Büveyhilәr dövründә katib, kitabxanaçı, dәftәrdar vәzifәlәrindә çalışmışdır. Əbu Süleyman Sicistanidәn mәntiq vә fәlsәfәni, “ikinci Hippokrat” lәqәbilә tanınan İbnül-Hәmmardan fәlsәfә vә tibbi öyrәnmişdir. Əbül-Hәsәn Amiri, Biruni, İbn Sina vә Əbül-Vәfa Buzcani kimi alimlәrlә tanış olmuşdur. Mәnbәlәrdә Aristotel Farabidәn sonra “әl-müәllimüs-salis” (“üçüncü müәllim”) adıyla xatırlanan İ.M. tarixdәn fәlsәfәyә, riyaziyyatdan tibbә qәdәr elmin müxtәlif sahәlәrinә dair әsәrlәr yazmış, daha çox tarixçi vә filosof kimi mәşhurlaşmışdır. Ümumi tarixә dair altıcildlik “Tәcaribül-ümәm” әsәrinin ilk dörd cildindә Tәbәri, Sabit ibn Simnan vә başqa müәlliflәrdәn bәhrәlәnmişdir. 912/13 ildәn sonrakı dövrlәrә hәsr olunmuş 5–6-cı cildlәrdәki mәlumat orijinallığı ilә fәrqlәnir. Əsәrdә
    Babәk hәrәkatı, Sacilәr sülalәsi vә dövlәti, Yusif ibn Əbu Sacın әmiri Deysәm ibn İbrahimin Azәrb.-da hakimiyyәti әlә keçirmәsi, onun hakimiyyәt uğrunda Salarilәrlә mübarizәsi vә s. haqqında mәlumatlar var. İ.M.-ә görә, tarix nәql deyil, şәrhdir. Ağıl, tәnqid vә faydalılıq prinsipinә әsaslanan tarix nәvislikdә mәqsәd keçmiş hadisәlәri doğru tәsbit etmәk, onların sәbәblәrini açıqlamaq vә bu hadisәlәrә әsaslanaraq gәlәcәk üçün fәrziyyәlәr irәli sürmәkdir. Tәbiәtdә olduğu kimi tarixdә dә tәsadüfә yer yoxdur. Tarixi şәrh edәrkәn dövrün әxlaq, iqtisadiyyat vә cәmiyyәt psixologiyası ilә әlaqәsi qurulmalıdır. Tarixi hadisәlәr birbirinә oxşar şәkildә tәkrarlanır: oxşar sәbәblәr oxşar nәticәlәr doğurur.
    İ.M.-in metafizikaya dair görüşlәri Allahın varlığının isbatı, Allah-alәm münasibәti vә kosmik varlıqların iyerarxiyası mövzularını әhatә edir. Filosofa görә, Allahın varlığının başlıca isbatı hәrәkәtdir. Fenomenlәr dünyasındakı hәr növ dәyişiklik bir hәrәkәtdir; hәrәkәt әn aşkar faktdır. Hәrәkәtlә bağlı görüşlәrindә Aristotelә әsaslanan İ.M. Allahın әzәliliyini dә hәrәkәtlә isbat etmәyә çalışmışdır. Filosof Allah-alәm münasibәti mәsәlәsindә Farabinin sistemlәşdirdiyi südur nәzәriyyәsini izlәyәrәk, hәmin nәzәriyyәni “yoxdan yaratma” tәlimi ilә uzlaşdırmış, “tәbii surәtlәr”in yoxdan yaradıldığı fikrini irәli sürmüşdür. Kosmik varlıq sahәsindә müәyyәn iyerarxiyanın mövcudluğunu, bu iyerarxiyanı әmәlә gәtirәn varlıq mәrtәbәlәrinin bir-birinә bitişik halda olduğunu göstәrәn İ.M-in ortaya qoyduğu tәlim nübüvvәt (peyğәmbәrlik) nәzәriyyәsini әsaslandırmaq mәqsәdi daşısa da, birbaşa onun ontologiyası ilә bağlıdır. Bu ontoloji tәlimә görә, Yerin mәrkәzindәn әn son göy cisminin xarici sәthinә qәdәr kosmik varlıq bütünlük ifadә edәn canlı orqanizmdir. Bu bütünlüyü tәmin edәn qüvvә müxtәlif varlıq mәrtәbәlәrinin alәmә sirayәt etmiş olan ilahi hikmәtә uyğun iyerarxik quruluşudur. Hәmin sıralanma әn aşağıdan başlamaqla qeyri-üzvi cisimlәr, bitkilәr, heyvanlar, bәşәri varlıq vә mәlәklәr şәklindәdir. İ.M.-ә görә, hәr mәrtәbә dә öz daxilindә çox sayda tәbәqәlәrә ayrılır.
    İ.M.-in metafizik psixologiyası nәfsin mәnәvi cövhәr olması vә ölümsüzlüyü fikri üzәrindә qurulmuşdur. O, insan ruhunun (nәfs) cismani cövhәr, yaxud cismә bağlı әrәz (aksidensiya) olmadığını tәkidlә vurğulayırdı. Cisim yalnız bir forma qәbul edә bildiyi halda, ruh çox sayda bilgi formasını qәbul edә bilәr; ruh hәm duyulan, hәm dә qavranılan formaları dәrk edir. Bu, insanın bütün bilgilәrinin duyğulardan gәlmәdiyini vә cismani olmayan mücәrrәd bilgiyә cismani olmayan ruhi bacarıqla çatdığını göstәrir. İnsan ruhunun ölümsüzlüyü barәdә görüşlәrindә Aristoteli izlәyәn İ.M.-ә görә, canlı, davamlı vә ölümsüz cövhәr olan ruhun biri әqlә, digәri maddәyә (yәni bәdәnә) doğru olmaqla ikiyönlü hәrәkәti var. Əqlә yönәlәn ruh öz әsli ilә birlәşir vә “qurtuluş”a nail olur, maddәyә yönәlәn ruh isә cismin mürәkkәbliyindә itib öz әslindәn uzaqlaşır.
    “Tәhzibül-әxlaq” adlı әsәrindә İ.M. xarakterin formalaşmasını әxlaq elminin әsl mәqsәdi hesab etmiş, әxlaq fәlsәfәsini psixologiya elmi üzәrindә qurmuşdur. O, әvvәlcә tәbii xarakterdәn qaynaqlanmayan hәr növ әxlaqın tәhsil vә vәrdişlә dәyişdirilә bilәcәyini vurğulasa da, sonralar tәbii әxlaq anlayışını rәdd etmiş, hәr növ әxlaqın dәyişdirilә bilәcәyinә dair aristotelçi görüşdә qәrarlaşmışdır. Xarakterin formalaşmasını nәfsin tәmәl güclәri ilә әlaqәndirәn filosof fәzilәti bәzәn ikisi dә rәzalәt olan iki aşırının ortası, bәzәn dә rәzalәtin qarşılığı hesab etmişdir. Ağıl gücünün fәzilәti hikmәt, qәzәbinki şücaәt, şәhvәtinki iffәtdir. Bu güclәrin tarazlığı әdalәt fәzilәtini ortaya çıxarır. Ruhi güclәrin tarazlığı hәqiqi fәzilәt ölçüsü olan mötәdilliyә görәdir. Mötәdillikdәn fәzilәt, ifrat vә tәfritdәn (ifratın әksi) rәzalәt doğur. Ədalәt anlayışını “Risalә fi mahiyyyәtil-әdl” әsәrindә daha müfәssәl işlәyәn İ.M. әdalәti tәbii, insanlar tәrәfindәn müәyyәnlәşdirilәn vә ilahi olmaqla üç qismә ayırmışdır: tәbii әdalәt birlik vә bütünlük ifadә edәn tәbii alәmdәki tarazlıq, nizam vә ahәngin ünsürü olub, Farabinin dә vurğuladığı kimi, kosmik sahәdәki әdalәtdir; insanların müәyyәnlәşdirdiyi әdalәt yaşamaq fәaliyyәtilә bağlı universal vә yerli hüququn ünsürüdür; ilahi әdalәt metafizik alәmә hökm edәn nizamın ünsürüdür.
    İ.M.-in din fәlsәfәsinin әsasını tәşkil edәn nübüvvәt nәzәriyyәsi hәm kainat, hәm dә insan baxımından varlığın iyerarxik şәkildә sıralanmasını ehtiva edir. İnsanlığın mümkün yetkinliyin son sәrhәddinә çatmasıya fikri tәrәqqi, ya da vәhy vasitәsilә olur. İ.M. nübüvvәt fenomenini açıqlamağa çalışan ilk islam filosofu Farabinin ardınca “Fövzül-әsğәr” әsәrindә xәyal gücü ilә feyz nәzәriyyәsini birlәşdirmişdir. Filosofa görә, feyzin әqli aydınladan tәsiri әqldәn düşünmә gücünә, oradan xәyala, oradan da duyğuya enir. Belәliklә, peyğәmbәr özlüyündә dәrk edilәn mücәrrәd hәqiqәtlәrin konkretlәşmiş nümunәlәrini xarici dünyada mövcud kimi qәbul edә bilir. Burada xәyal gücünün funksiyası dәrkedilәn hәqiqәtlәri xarici vә duyulan surәtlәrә çevirmәkdir.
    Metafizik hәqiqәtlәrin dәrki filosofda fәlsәfi tәrәqqi, peyğәmbәrdә isә feyz axını sayәsindә olur. İ.M.-ә görә, filosofla peyğәmbәrin söylәdiklәri gerçәklәr bir-birilә ziddiyyәt tәşkil etmir; aralarındakı yeganә fәrq odur ki, filosof aşağı alәmdәn duyulan dәrk edilәn hәqiqәtlәrә fәlsәfi sәylә yüksәlir, peyğәmbәr isә ona vәhy olunanı dәrk edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 