İBN NƏZİF (ابن نظيف ), Ə b ü l F ә z a i l M ә h ә m m ә d i b n Ə l i (12 әsrin ikinci yarısı – tәqr. 1253, Homs ş.) –müsәlman tarixçisi, şair. Əyyubi әmiri Qalat Cabbar әl-Mәlik әl-Hafizin vәziri olan İ.N. 1230 ildә vәzifәdәn uzaqlaşdırılmış, sonradan әl-Mәnsur İbrahimin himayәsinә keçmişdir. Əyyubilәr dövlәtindә 1225 ilәdәk baş vermiş hadisәlәri “Tarix Mәnsuri” adlı salnamәsindә işıqlandırmışdır.










