Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN RÜŞD 
    İBN RÜŞD ( ابن رشد), Əbül-Valid Mәhәmmәd ibn Əhmәd (latınlaşdırılmış adı A v e r r o e s) (1126, Kordova – 11.12.1198, Mәrakeş) – әrәb-müsәlman filosofu, hәkim, fәqih, Şәrq peripatetizminin (bax Mәşşaiyyә) sonuncu nümayәndәsi. Atası vә babası fәqih olmuşdur. Dini elmlәrlә yanaşı, dünyәvi elmlәri öyrәnmiş, Sevilyada qısa müddәt İbn Baccәdәn dәrs almışdır. İlk dәfә Mәrakeşdә görüşdüyü İbn Tüfeylin vasitәsilә Müvәhhidlәr sarayına daxil olmuşdur. Sultan Əbu Yaqub Yusifin istәyi ilә Aristotelin bir çox әsәrini şәrh etmişdir. 1169 ildә Sevilyada, 1171 ildә Kordovada baş qazı vәzifәsini tutmuş, 1182 ildәn İbn Tüfeylin yerinә sultanın şәxsi hәkimi olmuşdur. Haqqında aparılan antitәbliğat nәticәsindә saraydan uzaqlaşdırılsa da, bir müddәt sonra yenidәn oraya qaytarılmışdır. Mәzarı Kordovadadır.
    İ.R.-ün әsәrlәrinin әskәriyyәti Aristotelin bütün әsәrlәrinә (“Siyasәt”dәn başqa) müxtәlif hәcmli şәrhlәr, elәcә dә Platonun “Dövlәt”inә vә digәr antik mütәfәkkirlәrin, hәmçinin әrәb-müsәlman peripatetiklәrinin әsәrlәrinә dair şәrhlәrdir. Orta әsrlәrin әn böyük şәrhçisi sayılan İ.R. bu janrda novator idi: tәfsirlәrdә son hissәni müәllif haşiyәlәri ilә müşayiәt olunan ayrı-ayrı fraqmentlәrә bölәrәk, tәhlil olunan әsәrin mәtnini şәrhin özündәn ayırırdı (sonralar şәrhin bu forması Qәrbdә yayıldı vә xristian mütәfәkkirlәri, xüsusilә Foma Akvinalı tәrәfindәn mәnimsәnildi). Şәrhlәrinin әksәriyyәti latın dilinә tәrcümә olunmuş vә dövrümüzәdәk bu dildә gәlib çatmışdır. İ.R. eyni zamanda M.Qәzzalinin “Tәhafütül-fәlasifә”sinә (“Filosofların tәkzibi”) cavab olaraq yazdığı “Tәhafütü Tәhafü tilfәlasifә” (“Tәkzibin tәkzibi”) vә “Fәslülmәqal fima beynәl-hikmә vәş-şәriә minәlittisal” (“Fәlsәfә vә din arasındakı әlaqәyә dair qәrar çıxaran mühakimә”), “Əl-Kәşf әn mәnahicil-әdillә” (“Dәlilgәtirmә metodları haqqında”) kimi müstәqil әsәrlәrin müәllifidir.
    İ.R. özünün polemik dini traktatlarında sәmavi dinlәrin әsas mәsәlәsi olan vәhy–ağıl (yaxud ozünün ifadәsilә şәriәt–hikmәt, yәni din–fәlsәfә) әlaqәsini araşdırmış, hәr ikisinin özünәmәxsus prinsip vә әsaslarını göstәrmişdir. Əvvәlcә fәlsәfәnin din baxımından mövqeyini tәsbit etmәyә çalışan filosofa görә, fәlsәfәnin mәqsәdi var olanlar üzәrindә düşünmәk vә onları Allahın varlığının sübutu kimi araşdırmaqdan ibarәtdir. Vәhy ilә ağıl bir-birilә uyğunluq tәşkil edir. Vәhyin zahiri (hamıya müyәssәr olan) vә şәrh edilmәsi tәlәb olunan (bir qrup elm adamına müyәssәr olan) mәnalarını fәrqlәndirәn filosof ikincinin geniş xalq kütlәsinә açıqlanmamasını labüd saymışdır.
    İ.R. metafizik tәlimindә varlığı “mövcud” termini ilә ifadә edәrәk, onun iki mәnası olduğunu göstәrmişdir: birincisi, xarici dünyada zatı vә mahiyyәti olan hәr şeyi ifadә edәn varlıq (mövcud); ikincisi isә birinci mәnada var olan şeyin zehindәki tәsәv vürünü göstәrәn varlıq (filosof bunu “hәqiqi mәnasında varlıq” adlandırmışdır). İbn Sinanın әksinә varlıq–mahiyyәt bölgüsünü qәbul etmәyәn İ.R.-ә görә, varlıq bir şeyin duyulan, mahiyyәt isә dәrkedilәn yönünü göstәrir; bu baxımdan varlıq ilk maddәyә, mahiyyәt isә surәtә bәnzәyir. Bir şeyin zat mәnasındakı varlığı ilә mahiyyәti eynidir. Sәbәb-nәticә baxımından isә mahiyyәt hәqiqi mәnasında varlıqdan әvvәl gәlir. Çünki küllilәr (universalilәr) ayrı-ayrı şeylәrdә qüvvә (potensiya), zehindә isә feil (gerçәk) halındadır. Aristotel kimi, İ.R. mahiyyәti zehindә vә külli olanda deyil, xarici dünyada vә bil-feil (real) olanda görürdü. Varlıqlar arasındakı sәbәb-nәticә әlaqәsindә sәbәb olma aktı, nәticә isә potensiyanı ifadә edir. Bir-birinin әksi olan bu iki xüsusiyyәtin iki ayrı sәbәbi (maddә vә surәt) var. Maddә vә surәtin heç biri birlәşmәnin sәbәbi ola bilmәdiyindәn bu birlәşmәni tәmin edәn, daima feil (hәrәkәt) halında birlәşdirici sәbәb olmalıdır ki, bu da “İlk sәbәb”, yәni Allahdır. Bununla da, İ.R. biri zәruri (ilk sәbәb), digәri ilk sәbәbin maddә ilә surәti birlәşdirmәsilә reallaşan mümkün varlıq olmaqla iki növ varlığı fәrqlәndirmişdir. O, “birdәn ancaq bir çıxar” mülahizәsi qәdәr “birdәn çox çıxar” mülahizәsini dә doğru saymış, emanasiyanı rәdd etmişdir. Kainatın öz-özlüyündә әzәli olduğunu iddia edәnlәrin әksinә, onun kamil Yaradıcının feili vә әsәri olması baxımından әzәlilik ifadә etdiyini bildirmiş, hüdusu (sonradan yaradılma) aralıqlı vә davamlı olmaqla ikiyә ayıraraq, üstünlüyü ikinciyә vermişdir.
    Bir çox filosof kimi İ.R.-dә dә nәfs (can) anlayışı fiziologiya ilә yaxın әlaqәsi olan psixoloji güclәrin şәrhinә әsaslanmış, nәfs fiziki dünya ilә metafizik alәm arasında mövqedә araşdırılmışdır. O, İbn Sinanın “hәr hansı orqana bağlı olub olmadığı qәti şәkildә bilinmәsә dә, insan nәfsin öz bәdәnindә olduğunu bilir” fikrini tәsdiqlәmişdir. Filosofa görә, nәfs öz hәrәkәtlәrini orqanizm vasitәsilә hәyata keçirsә dә, onun var olması vә varlığının davamı orqanizmә bağlı deyil; bәdәnin yox olmasıyla nәfs yox olmur.
    Biliyi “varlıqların nizam vә tәrtibi vә onlar arasındakı sәbәb-nәticә әlaqәsinin dәrki” kimi sәciyyәlәndirәn İ.R. biliyin müәyyәn müddәt әrzindә meydana çıxması qәnaәtindә qәrarlaşmışdır. Duyğular şeylәrin surәtlәrinin mücәrrәdlәşmәsindә ilk mәrhәlәni tәşkil edir. Ancaq şeyin (obyektin) ağılda tam surәtinin yarana bilmәsi üçün onun fәrqli yönlәrini göstәrәn vә ayrıayrı duyğular tәrәfindәn dәrk edilәn bütün xüsusiyyәtlәrinin ortaq duyğu tәrәfindәn birlәşdirilmәsi lazımdır; bu da subyekt vә obyektin uyğun mühitdә eyni zamanda bir yerdә olmasına bağlıdır. Ortaq duyğuda meydana çıxan iz vә surәtin aid olduğu obyektdәn asılı olmayan mücәrrәd vәziyyәtә gәlmәsi isә xәyal gücü ilә reallaşır; bu mәrhәlәdә subyekt ilә obyekt bir yerdә olmasa belә onun müstәqil surәti subyektin xәyal gücündә qalır. Ortaq duyğu vә xәyal gücü ilә biliyin meydana gәlmәsindә (qısaca olaraq, әqli mücәrrәdlәşdirmә prosesindә) duyğular mühüm rol oynayır. Mahiyyәt vә funksiyaları baxımından fәrqlilik ifadә edәn ağıllar İ.R.-ә görә, nәfsin fәrqli tәzahürüdür. Filosof ağlın dörd mәrtәbәsini sıralayır: “hәyulani (potensial) ağıl”, “mәlәkә halındakı (qabil) ağıl”, “müktәsәb (qazanılmış) ağıl” (Farabi vә İbn Sina bunu “müstәfad ağıl” adlandırır) vә “fәal ağıl”. Bәdәnlә әlaqә quran insan nәfsinin iki başlıca funksiyası var: varlığa aid formaları maddәdәn mücәrrәdlәşdirmәk, mücәrrәdlәşәn vә anlayış halına gәlәn biliklәri qәbul etmәk. Nәfsin mücәrrәdlәşdirmә funksiyasına fәal ağıl, bunları qәbuletmә funksiyasına isә hәyulani ağıl deyilir. Kamillik hәyulani ağlın digәr mәrtәbәlәri keçәrәk, fәal ağıla yüksәlmәsidir. Aristotel kimi, İ.R. dә ağlın iki mühüm mәrtәbәsini (hәr insanın tәcrübә ilә әldә etdiyi bilikdәn ibarәt әmәli ağıl vә bәzi insanların sahib olduğu nәzәri ağıl) fәrqlәndirirdi. Əmәli ağıl daha çox insanın bioloji, fәrdi vә ictimai hәyatında, nәzәri ağıl isә kamilliyә çatmaq da mühüm rol oynayır.
    İ.R.-ün din fәlsәfәsi Allahın varlığının isbatı, vәhdaniyyәt (Allahın birliyi), ilahi sifәtlәr (atributlar) vә nübüvvәt (peyğәmbәrlik) mәsәlәlәrinә hәsr olunmuşdur. Allahın varlığı vә vәhdaniyyәt barәdә görüşlәrini kainatın bir vә bütün olması nöqteyi-nәzәrindәn әsaslandırmışdır. İ.R.-ә görә, şәriәt sifәtlәrin mahiyyәti haqqında әtraflı bilgi vermәmiş, sadәcә onların qәbulunu nәzәrdә tutmuşdur. O, nübüvvәt mәsәlәsini Allahın feili kimi öyrәnmiş vә bunun әqlәn mümkünlüyünü göstәrmişdir.
    İ.R.-ün sosial-siyasi baxışları Aristotelin “Ritorika”, Platonun “Dövlәt” әsәrinә yazdığı şәrhlәrdә öz әksini tapmışdır. O, digәr müsәlman filosofları kimi dövlәtlә insan ruhu arasında paralelliklәr qurmuş, әsasını tәbii-etik dәyәrlәr vә praktiki fәaliyyәtin tәşkil etdiyi quruluşu әn yaxşı quruluş hesab etmişdir. Praktiki fәaliyyәt vә әxlaqi dәyәrlәr ali lәyaqәtin әsasıdır. Dövlәtin әsas vәzifәsi insanlar arasında fәzilәtlәrin yayılmasını tәmin etmәkdir. Platonun görüşlәri istiqamәtindә beş müxtәlif dövlәt modelini fәrqlәndirmişdir: monarxiya, timokratiya, oliqarxiya, demokratiya vә tiranlıq.
    Tibb sahәsindә dәyüksәk erudisiyaya malik olan İ.R.-ün bu mövzuda yazdığı әn mühüm әsәri “әl-Külliyyat fit-tibb”dir. Ona görә, tibb doğru qanunlardan çıxış edәrәk, insan bәdәninin qorunmasını vә xәstәliklәrin ortadan qaldırılmasını qarşısına mәqsәd qoyan sәnәtdir. İ.R. hәmçinin İbn Sinanın “әl-Urcuzә fit-tibb” әsәrini şәrh etmişdir. Filosofun gözün işığa qarşı hәssaslığı barәdәki fikirlәri müasir oftalmologiyanın inkişafında mühüm rol oynamışdır. İ.R.-ün astronomiya sahәsindәki görüşlәri dә özündәn sonra gәlәn alimlәrә tәsir etmişdir. Ptolemeyin geosentrik sisteminә qarşı ortaya qoyduğu fikirlәri İntibah dövründә geniş vüsәt almışdı. X.Kolumb İ.R.-ә әsaslanaraq, dünyanın kürә şәklindә olması fikrini irәli sürmüşdür. Fiqhә dair әn mәşhur әsәri “Bidayәtül-müctәhid”dir (1188).
    İ.R. Qәrb fәlsәfi fikrinә böyük tәsir göstәrmiş, “ikili hәqiqәt” nәzәriyyәsinin vә monopsixizm konsepsiyasının banisi kimi
    mәşhurlaşmışdır. Avropada averroizm fәlsәfi cәrәyanı onun adıyla bağlıdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 