İBN RÜSTƏ ( ابن رسته), Ə b u Ə l i Ə h m ә d i b n Ö m ә r i b n R ü s t ә (9 әsrin 2-ci ya rısı – 10 әsrin әvvәli) – әrәb alimi, coğrafi yaşünas. Uzun müddәt elmi әdәbiyyat da sәhvәn İbn Dasta kimi tanınmışdır. Mәnşәcә farsdır. 903 ildә tamamlanmış “Kitab әl-ә’laq әn-nәfisә” (“Nәfis daş-qaşlar kitabı”) әsәrinin müәllifidir. Əsәrin ancaq coğrafiya vә astranomiyaya aid 7-ci hissәsi dövrümüzәdәk çatmışdır. Əsәrdә Yaxın vә Orta Şәrq, hәmçinin Şәrqi Avropa xalqları vә s. haqqında mәlumat verilir. Azәrb. şәhәrlәrini 5-ci iqlimә daxil edәn İ.R.-nin әsәrindә Xәzәr dәnizi, Kür, Araz çayları vә s. haqqında da mәlumat var. İ.R.-nin әsәri digәr әrәb sәyyah vә alimlәrinin mәlumatları әsasında tәrtib edilmişdir.
Əd.: V ә l i x a n l ı N. M. IX–XII әsr әrәb coğrafiyaşünas-sәyyahları Azәrbaycan haqqında, B., 1974; Буниятов З.М., Обзор источников по истории Азербайджана (источники арабские). Б., 1964.










