Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN SƏB’İN 
    İBN SƏB’İN ( ابن سبعين), Əbu Mәhәmmәd Qütbәddin Əbdülhәq әl-Rәquti (1217, Mursiya yaxınlığında Rәqutә – 1270, Mәkkә)
    – sufi-filosof. Tibb vә gizli elmlәrlә mәşğul olmuşdur. Əndәlisdә mәşhurlaşdıqdan sonra 1242 ildә bir qrup müridi ilә birlikdә Mәğribә getmiş, Sebtәdә (indiki Seuta) mәskunlaşmışdır; әsәrlәrinin çoxunu burada qәlәmә almışdır. Ən mәşhur әsәri “әl-Kәlam  әlәl-mәsailüs-Siqilliyyә”ni (“Siciliya sualları”nı) Siciliya kralı II Fridrixin Müvәhhidlәr sultanı Əbdülvahid әr-Rәşidә göndәrdiyi fәlsәfi suallara cavab olaraq yazmışdır. Əsәrin yeganә әlyazması Oksforddadır. İ.S. digәr mühüm әsәri mәntiq vә tәbiәt fәlsәfәsinә dair “Büddülarif” dә (“Arifin mәbәdi”) dövrünün kәlam vә fәlsәfә cәrәyanlarını tәnqid etmiş, fәlsәfi tәlimlәri neoplatonizm mövqeyindәn araşdırmışdır. İ.S. fәqihlәrin tәzyiqlәrinә mәruz qaldığından yaşayış yerini dәfәlәrlә dәyişmiş, 1254 ildәn Mәkkәdә yaşamışdır. Onun çox sayda müridi olmuş, adı ilә bağlı tәriqәt yaranmışdır. Ən mәşhur müridi Şüstәrinin bir qәsidәsindә İ.S.-in tәriqәt silsilәsi әnәnәvi genealogiyadan fәrqli olaraq Hermesә bağlanır.
    İ.S. әsәrlәrindә bir tәrәfdәn antik fәlsәfә ilә islam fәlsәfәsini, digәr tәrәfdәn dә әvvәlki mistik anlayışlarla islam tәsәvvüfünü birlәşdirәrәk, yeni orijinal sistem qurmuşdur. “Vәhdәtül-mütlәq” adlandırdığı bu sistemdә bütün mövcudatın ontoloji gerçәkliyi mütlәq şәkildә rәdd edilmiş, alәmdәki varlıq mәrtәbәlәrinin nisbi gerçәkliyә malik olması göstәrilmişdir. Onun ontologiyasında mütlәq mәnada var vә bir olan Allahdır. Mütlәq varlıq mövcudatın surәti, yәni onu o edәn ontoloji gerçәkliyidir. Mütlәqi “varlıq dairәsi” mәhfumu ilә izah edәn İ.S.-ә görә, mövcudatın mütlәqә nisbәti hәr tәrәfdәn bәrabәr mәsafәdә olan mәrkәz nöqtәsinin әhatәedici dairәyә nisbәti kimidir. Bu baxımdan dairә anlayışı ilә Allahın “Əl-Mühit” (әhatәedәn) adı arasında paralellik var. Bәnzәtmә hәm dә epistemologiyanın fenomenoloji izahını ehtiva edir. Hәqiqәt haqqında biliyi axtaran arif xәyali dairәdәn ibarәt xarici dünyanı ona müqabil mәrkәzi nöqtәdә zehni olaraq cәmlәşdirir. Xarici dünyanın xәyali varlığı bir nöqtәdә bәsitlәşdirildikdәn sonra mücәrrәd bir dairә qalır. Bu zaman dairә Mütlәqin әhatәsi, mövcudat isә şüurda dairәdәn bәrabәr mәsafәdә olan bir Evklid nöqtәsindәn ibarәtdir. Şüur planında gerçәklәşәn bu idrak makrokosmik plandakı hәqiqәtlә eynidir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 