İBN SƏD (ابن سعد ), Ə b u A b d u l l a M ә h ә m m ә d ә l - B a ğ d a d i (784, Bәsrә – 16.2.845, Bağdad) – әrәb tarixçisi. İ.S.-in müәllimlәri tanınmış әrәb tarixçilәri olmuşlar. 15 cildlik ”Kitab әt-tәbәqat әl-kәbir” (“Dәrәcәlәr haqqında böyük kitab”) adlı әsәrin müәllifidir. Əsәr Mәhәmmәd peyğәmbәr, onun tәrәfdarları vә xәlәflәri, başqa mәşhur islam şәxsiyyәtlәri haqqında bioqrafik mәlumatlardan ibarәtdir.










