İBN SƏUD ( ابن سعود), Ə b d ü l ә z i z i b n Ə b d ü r r ә h m a n ә l - F e y s ә l ә s - S ә u d (24.11.1880, Ər-Riyad – 9.11.1953,
әt-Taif) – Sәudiyyә Ərәbistanı kralı [1932–53]. 1902–27 illәrdә Nәcd әyalәtinin әmiri olmuşdur. Mәrkәzlәşdirilmiş mütlәqiyyәt dövlәti yaratmağa çalışan İ.S. Şәmmar vә Hicaz әrәb әmirliklәri, hәmçinin Türkiyә ilә müharibәlәr aparmışdır. Hicazla müharibәdә (1924–25) İ.S.-un qәlәbәsi onun Hicaz, Nәcd vә birlәşdirilmiş әyalәtlәrin (1932 ildәn Sәudiyyә Ərәbistanı) kralı elan edilmәsi (1927) ilә nәticәlәnmişdir. Yәmәnlә müharibәdә (1932–34) qalib gәlmişdir. 1938 ildә Sәudiyyә Ərәbistanında iri neft yataqları kәşf olunmuş, ölkә Yaxın Şәrqdә әn zәngin dövlәtә çevrilmişdir.











