İBN TEYMİYYƏ (ابن تيمية ), T ә q i y ü d d i n Əhmә d i b n Ə b d ü l h ә l i m (22.1.1263, indiki Türkiyә, Hәrran – 26.9.1328, Dәmәşq hәbsxanası) – islam ilahiyyatçısı, hәnbәliyyә fәqihi. 1269 ildә ailәsi ilә Dәmәşqә köçmüşdür. 1306–12 illәrdә Misirdә yaşamışdır. Radikal görüşlәrinә görә dәfәlәrlә hәbs edilmişdir. Sonuncu dәfә 1326 il iyulun 18-dә Dәmәşqdә hәbs olunan İ.T. orada vәfat etmişdir.
İfrat mühafizәkarlığı vә rakidallığı ilә seçilәn vә vәhy mәtninә zahiri bağlılığın tәrәfdarı olan İ.T. kәlam, fәlsәfә vә tәsәvvüf ardıcıllarını sәrt tәnqid edirdi. Quran ayәlәrindәki rәmzi ifadәlәri zahiri anlamıyla qәbul edir, birmәnalı olaraq ayәni hәr hansı şәkildә izahetmә cәhdinә qarşı çıxırdı. Əqli yanaşmanı qәti rәdd edәrәk ayә vә hәdislәrin dәrki üçün әqli dәlilә ehtiyac olmadığını vurğulayır, buna görә dә kәlamı әhәmiyyәtsiz sayırdı. Fәlsәfәni yunan, sabii, yәhudi vә xristian әnәnәlәrinin davamı kimi qәbul etdiyinә görә onu bidәt kimi sәciyyәlәndirirdi. İ.T.-yә görә, mәntiq elmi insan tәrәfindәn yaradıldığına görә obyektiv hәqiqәtlәrin meyarı ola bilmәz. Eyni zamanda batini-intuitiv idraka qarşı çıxan İ.T. sufilәri, daha çox Hәllac Mәnsur, İbn Sәb’in, İbn Fariz, Ş.Sührәvәrdi vә Sәdrәddin Qunә vini tәnqid edirdi. Sülәmi, Quşeyri, Qәzzali, Əbu Talib Mәkkinin әsәrlәrinә nisbәtәn balanslı yanaşırdı. İ.T.-nin xüsusi tәnqid hәdәfi sәlәfi әqidәsinә zidd hesab etdiyi vә kafir adlandırdığı İbn Ərәbinin görüşlәri vә vәhdәti-vücud fәlsәfәsi idi. İbn Ərәbinin işlәtmәdiyi vәhdәti-vücud termini, ehtimal ki, hәmin görüşlәrin xülasәsi kimi ilk dәfә İ.T.-nin özü tәrәfindәn irәli sürülmüşdü. Özünü sәlәflәrin, yәni Peyğәmbәr vә onun sәhabәlәrinin ardıcılı sayan İ.T. (bu günkü sәlәfilik әqidәsi ondan qaynaqlanır) Peyğәmbәrin dövründә yaşamağı öz-özlüyündә üstünlük hesab edir, sonrakı dövrlәrdә yaşamış filosof vә mütәkәllimlәrin onlardan üstün ola bilmәyәcәyini göstәrirdi. İ.T.-nin әn radikal yanaşmalarından biri mәzarlar, müqәddәs yerlәr vә mәqbәrәlәrin ziyarәtini batil hesab etmәsi idi. Bu ideya sonralar vәhhabilәr tәrәfindәn kәskin şәkildә davam etdirilmiş vә bir çox tarixi abidәlәrin dağıdılması ilә nәticәlәnmişdir.
İ.T.-nin 18 әsrdә Mәhәmmәd ibn Əbdül vәhhab tәrәfindәn dirçәldilәn görüşlәri müasir vәhhabiliyin әsasını tәşkil etmiş, Sәudiyyә Ərәbistanında rәsmi ideologiya kimi qәbul olunmuşdur.










