Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBN TÜFEYL 
    İBN TÜFEYL (ابن طفيل ), Ə b u B ә k r M ә h ә m m ә d i b n Ə b d ü l m ә l i k [latınlaşdırılmış adı A b u b a t s e r (Abubacer)] (tәqr. 1109/10, Vadi-Aş, Qranada –1185/86, Mәrakeş) – әrәb-müsәlman filosofu, yazıçı, hәkim. Şәrq peripate tizminin (bax Mәşşaiyyә) nümayәndәsi. Sevilyada vә Qranadada tibb vә fәlsәfәni öyrәnmişdir. 1154 ildәn Şimali Afrikada yaşamış, Qranada valisinin, sonralar Septa vә Tanjer әmirinin katibi, daha sonra Müvәhhidlәr sarayında baş hәkim, ehtimal ki, hәm dә vәzir olmuşdur. İ.T. astronomiya sahәsindә dә fәrqlәnmiş, Ptolemeyin Günәş sisteminin “riyazi modeli”nә (bax Dünyanın geosentrik sistemi) qarşı İbn Baccәnin başlatdığı, sonralar özünün formulә etmәyә çalışdığı “fiziki model”i qoymuşdur. Model tәlәbәsi Bitruci tәrәfindәn inkişaf etdirilmiş, sonralar İbn Rüşd dә hәmin modelin tәrәfdarı olmuşdur. İ.T.-in dövrümüzәdәk gәlib çatmış yeganә fәlsәfi әsәri “Hәyy ibn Yәqzan” (“Yәqzan oğlu Hәyy”) romanı adaya düşmüş tәnha insanın mәnәvi inkişaf mәrhәlәlәrindәn bәhs edir. Bu mövzunu daha әvvәl İbn Sina “Hәyy ibn Yәzqan”ında işlәmişdir. Əsәrdәki Hәyy tipi fiziki varlığı ilә tәbiәtin bir hissәsi olmaqla yanaşı, dәrketmә vә bilmә imkanları ilә tәbiәti müşahidә edәn, ağıllı varlıq olaraq kainatdakı mövcudiyyәti mәnalandıran vә mәnәvi tәcrübәlәr sayәsindә bәzi metafizik biliklәrә çatan ideal şәxsi ifadә edir. İnsanın tәbiәtlә münasibәtinin tәcrübi biliyә çevrilmәsi, tәcrübi sәviyyәdәn nәzәri sәviyyәyә yüksәlmәsi vә nәhayәt insanın mistik aydınlanma ilә hәqiqәti yaşaması Hәyyin fәlsәfi inkişafının mәrhәlәlәrini tәşkil edir. Əsәrdә insanın antropoloji inkişaf mәrhәlәlәrinin dә tәsvirini verәn filosofa görә, yeddi yaşadәk olan ilk mәrhәlә fiziki vә psixoloji inkişafın başlanğıc mәrhәlәsidir. 7–21 yaş praktik ehtiyacların qarşılanması üçün әmәli ağlın sayәsindә vasitәlәrin emal edildiyi mәrhәlәdir. Maraq dövrünün başladığı 21 yaşda insan ruhu varlıq vә mövcudatın sirlәrinin kәşfinә yönәlir. Daha sonrakı mәrhәlәlәrdә aydınlanaraq kamilliyә çatan insan mәnәvi tәcrübәlәrlә hәqiqi xoşbәxtliyә nail olur.
    İ.T. mәnәvi müşahidә ilә (yaxud yaşanaraq) әldә edilәn biliyi müşahidә, tәcrübә vә әqli nәticә ilә qazanılan bilikdәn fәrqlәndirmiş, üstünlüyü birinciyә vermişdir. Nәzәri metodla әldә edilәn fizika vә metafizikaya dair biliklә tәsәvvüfi müşahidә yolu ilә әldә olunan bilik bir-birilә ziddiyyәt tәşkil etmir, aralarında yalnız mәnәvi hәzz baxımından fәrq var. İbn Sina vә M.Qәzzalinin әsәrlәri әsasında mәnәvi hәzz vә müşahidә tәcrübәsinin sintezinә çalışan İ.T.-in bu yanaşmasını sonralar Ş.Sührәvәrdi “Hikmәtül-işraq” әsәrindә sistemlәşdirmişdir (bax İşraqilik). İ.T. kainatı meydana gәtirәn canlı vә cansız varlıq mәrtәbәlәrini bir-birilә üzvi vәhdәtdә götürürdü. Nәbati, heyvani vә insani sәviyyәdә canlılığın ünsürü olan nәfs eyni zamanda canlılar alәminin üzvi birliyini tәmin edәn ünsürdür. Nәfs (yaxud ruhani surәt), günәşdәn şüalar yayıldığı kimi, Allah qatından davamlı feyz olaraq axmaqdadır. Üzvi varlıqların imkan vә qabiliyyәtlәri fәrqli olduğundan onların nәfsi qәbul etmәlәri dә fәrqlәnir; nәfsi әn yüksәk sәviyyәdә qәbul edәn üzvi cisim insana mәxsusdur. İ.T.-in fәlsәfәsindә canlı orqanizmә bәnzәdilәn kosmos sadә ünsürlәrdәn әn son fәlәyә qәdәr öz varlıq sәbәbinә dәlalәt edәn mәlumatlarla zәngindir. Bu baxımdan, tәbiәti tanımaqla Allahı tanımaq mümkündür. Kainatın yaradılışını Farabinin südur nәzәriyyәsilә açıqlamış, kosmik ağılları (fәlәklәr) “güzgülәr sistemi”nә bәnzәtmişdir: hәr bir kosmik ağıl öz ünsüründәn әks olunan surәti özündәn aşağıdakına әks etdirir vә bu, ay fәlәyindә (fәal ağıl) sona çatır.
    İ.T.-in hәm Qәrb, hәm dә Şәrq fәlsәfәsin dә geniş yayılan “Hәyy ibn Yәqzan” әsәri müxtәlif dillәrә tәrcümә olunmuş, bir sıra filosofa tәsir göstәrmişdir. Əsәr әrәb әdәbiyyatının “Min bir gecә”dәn sonra әn çox yayılmış nümunәlәrindәn birinә çevrilmişdir. D.Defonun “Robinzon Kruzo” әsәrinin ilham mәnbәyidir. İ.T. tibbә dair 7700 beytdәn ibarәt “Urcuzә fit-tibb” (“Tibbә dair urcuzә”) әsәrinin müәllifidir. Əsәrdә xәstәliklәr, onların sәbәblәri vә müalicә üsullarından bәhs edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 