İBN VASİL (ابن واصل ), Ə b u A b d u l l a h C ә m a l ә d d i n M ә h ә m m ә d i b n S ә l i m (20.4.1208, Suriya, Hәma – 1298, avqust orada) – Əyyubi dövrünün tarixçisi. 1261 ildә mәmlük sultanı I Baybarsın göstәrişi ilә Siciliya kralı Manfredin yanına elçi göndәrilmiş, orada uzun müddәt qaldığı dövrdә Manfredlә dostlaşmış vә ona mәntiqә dair “Əl-İnbәruriyyә” (sonradan müәllif tәrәfindәn “Nuxbәtül-fikr filmәntiq” adlandırılmışdır) kitabını ithaf etmişdir. Üç tarixi әsәrin müәllifidir. Əsas әsәri olan 3 cildlik “Müfәrricül-kürub fi әxbari Bәni-Əyyub”da Atabәylәr dövründәn Mәmlük dövlәtinin ilk illәrinә qәdәrki hadisәlәrdәn bәhs olunur. Bunlar Nurәddin Mahmud Zәnginin atabәyliyi, xәlifә Müştәr şid-billah, Suriya şәhәrlәri, Əyyubi vә sәlib ordularının tәrkibi, Siciliya müsәlmanları, iqta vә digәr mәnbәlәrdә qeyd olunmayan mükәllәfiyyәtlәr haqqında mühüm mәlumatlardır.










