İBN YƏMİN (ابن اليمين ), Ə m i r F ә x r ә d d i n M a h m u d i b n Ə m i r Y ә m i n ә d d i n T u ğ r a y i M ü s t ö v f i F ә r y u m ә d i (tәqr. 1286, Fәryumәd, Sәbzevar yaxınlığında – 1368, orada) – türk mәnşәli İran şairi. Atası Əmir Yәminәddin alim vә şair idi. İ.Y. Sәrbәdarlar sülalәsinin (14 әsrin ortaları) saray şairi olmuşdur. Yaradıcılığının ilk dövründә yazdığı әsәrlәr Sәrbәdarlarla kürdlәr arasında gedәn döyüşlәr zamanı itmişdir. Ədәbi irsindәn 15000 beytdәn artıq hikmәtamiz, fәlsәfi, ictimai mәzmunlu qәsidә, qәzәl, qitә, rübai vә mәsnәvi mәlumdur. Əsәrlәrinin bir neçә әlyazma nüsxәsi AMEA-nın Əlyazmalar İn-tunda saxlanılır. Divanının yeganә nüsxәsi İran Milli Mәclisi kitabxanasındadır.










