İBN YUNİS (ابن يونس ), Ə b ü l - F ә t h (Əbu İ m r a n) K ә m a l ә d d i n M u s a i b n Y u n i s i b n M ә h ә m m әd ә l M ö v s i l i ә l - Ü q e y l i (30.3.1156, Mosul – 17.2.1242, orada) – әrәb filosofu, riyaziyyatçı. İlk tәhsilini atasından almış, müxtәlif alimlәrdәn әrәb dili, fiqh vә hәdis öyrәnmişdir. 1175 ildә Bağdada getmiş, Nizamiyyә mәdrәsәsindә oxumuşdur. 1179 ildә Mosula qayıdan İ.Y. müxtәlif elm sahәlәrindәn dәrs demiş, atasının vәfatından sonra (1180) Əmir Zeynәddin mәdrәsәsindә onun yerinә keçmişdir; sonralar hәmin mәdrәsә İ.Y.-in şәrәfinә Kәmaliyyә adlandırılmışdır. Dövrünün görkәmli fiqh alimlәrindәn sayılan qardaşı İmadәddin Əbu Hәmidin vәfatından sonra (1211) onun yerinә Əlaiyyә, sonralar Qahiriyyә vә Bәdriyyә mәdrәsәlәrindә müdәrrislik etmişdir. Bir çox elm sahәsindә yüksәk erudisiyaya malik İ.Y.-in çox sayda tәlәbәsi olmuşdur (Nәsirәddin Tusi, Siracәddin Urmәvi, Əsirәddin Əbhәri, Əlәmüddin Qeysәr ibn Əbdülqәni vә b.). İ.Y.-in dövrümüzәdәk gәlib çatan başlıca әsәrlәri: “Hәndәsi qurmaların şәrhi”, “Dairәni yeddi hissәyә bölmәyә dair Arximedin etinasız buraxdığı teoremin isbatı haqqında traktat” vә s.










