İBRAHİM (? – 981) – Salari hökmdarı. Əmisi Vәhsudanla hakimiyyәt uğrunda mübarizә aparan İ. Tarom qalasını әlә keçirәrәk mühüm qәlәbә qazandı vә 961/62 ildә Salarilәrә mәxsus bütün torpaqları öz hakimiyyәti altında birlәşdirdi. Xәlifә onu Salari hökmdarı kimi tanıdı. 965/66 ildә Vәhsudan yenidәn müharibәyә başlayaraq Tarom qalasını tutdu. Döyüşlәrdәn birindә ağır yaralanan İ. kiçik dәstә ilә Rey hakimi, qohumu Rüknәddövlәnin yanına çәkildi vә onun qoşununun dәstәyi ilә 965 ildә yenidәn Azәrb. sәrhәdini keçәrәk taxta sahib oldu. Feodal pәrakәndәliyini aradan götürmәk vә Salarilәrә tabe olan bütün torpaqları birlәşdirmәk mәqsәdilә İ. Cәnubi Qafqaza bir neçә yürüş etdi. 967/68 ildә o, dәniz vasitәsilә Şirvana hücum edәrәk Şirvanşah Əhmәd ibn Mәhәmmәdlә müqavilә bağladı. Lakin Dәrbәnd әmiri Əhmәd ibn Əbdülmәlik İ.-lә görüşmәkdәn boyun qaçırdı, Mәsqәt sahillәrindә onun gәmilәrinә hücum edәrәk geri qaytardı. 971 ildә Gәncә vә Arran torpaqlarının bir hissәsi yeni yaranmış Şәddadilәr dövlәtinin hakimiyyәtinә keçdi. İ.-in Gәncәni geri qaytarmaq cәhdi uğursuzluqla nәticәlәndi vә o, Şәddadilәrlә sülh müqavilәsi bağlayaraq Ərdәbilә qayıtdı.
10 әsrin 70-ci illәrinin sonlarında güclәnәn ara çәkişmәlәri gedişindә Rәvvadi hökmdarı Əbül-Heca 981 ildә Salarilәr üzәrindә qәlәbә çaldı, İ.-i isә hәbsә atdırdı. Salarilәrin әlindә qalmış torpaqlarının bir hissәsini dә Rәvvadilәr tutdu.










