Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBRAHİM (әr. ابراهيم ), A b r a h a m
    İBRAHİM (әr. ابراهيم ), A b r a h a m (ivritcә אכהם; yun. Άβραάμ;) – peyğәmbәr, monoteizmin banisi, İsmayıl İshaqın atası. Yәhudilәrin vә müxtәlif әrәb tayfalarının әcdadı sayılır. Əhdi-әtiqdәki “Yaradılış kitabı”na görә, İ. kәldanilәrin Ur ş.-ndә doğulmuş, atası Terah, qardaşı oğlu Lut vә arvadı Sara ilә birlikdә Urdan Hәrrana getmiş, uzun müddәt orada yaşamışdır (11:27–25:11). 75 yaşında Allahın әmrilә Hәrrandan ayrılaraq, ona vә nәslinә vәd olunan Kәnana yollanmışdır. İ. Allah tәrәfindәn onun nәslinin böyük millәt olacağı ilә müjdәlәnmiş, әvvәlki adı İbram (“uluata”) İ. (“millәtlәrin atası”) olaraq dәyişdirilmişdir.
    İkinci Mәbәd dövründә İ. haqqında bir çox әfsanә yayılmışdı; hәmçinin bәzi apokrif vә psevdoepiqraflar İ.-in adı ilә әlaqәlәndirilir: İbrahimin Apokalipsisi (eramızın 79–81 illәri), İbrahimin Əhdi (e.ә. 2 әsr –eramızın 6 әsri). Xristian әnәnәsindә dә özünәmәxsus yeri olan İ. bütün möminlәrin atası sayılır. Quranda İ.-in adı 69 dәfә xatırlanır; Allah tәrәfindәn ona “sühuf”un (sәhifәlәrin) verilmәsi (42:13; 53:36–37; 87:19), başda atası (vә ya әmisi) vә hökmdar Nәmrud olmaqla bütün bütpәrәstlәrә qarşı çıxması (2:258; 6:74; 21:52–56) vә onlar tәrәfindәn tonqala atılması, ancaq odun onu yandırmaması (21:68; 29:24), oğlunu qurban vermәklә sınanması (37:101–112), İsmayılla birgә Kәbәni inşa etmәsi vә hәcc әnәnәsini başlatması (2:127) barәdә mәlumatlar var. İ. Quranda hәnif bir müsәlman kimi sәciyyәlәndirilir (3:67). Kәbә vә onun әtrafındakı müәyyәn әrazini ilk dәfә İ. hәrәm kimi işarәlәmişdir. Müsәlman әnәnәsindә İ.-in әn geniş yayılmış lәqәbi Xәlilullahdır (“Allahın dostu”). Rәvayәtә görә, İ. 175 yaşında vәfat etmiş, Kәnanda dәfn olunmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 