İBRAHİM BADKUBEYİ, Şeyx İbrahim ibn Mәhәmmәd Əli Badkubeyi (?, Bakı – tәqr. 1904/05, Bağdad) – Azәrb. alimi, ilahiyyatçı. Hәyatı haqqında mәlumat azdır. Nәcәfdә tәhsil almış, әsasәn, ayәtullah әlüzma Fazil Şәrabiyanidәn faydalanmışdır. İctihada çatdıqdan sonra dәrs demiş, mәrceyi-tәqlid olmuşdur. Fars dilindә yazdığı “Ənis әl-ibad” (“Abidlәrin hәmsöhbәti”) adlı risalәsindә şәriәt mәsәlәlәri sual-cavab formasında nәzәrdәn keçirilmişdir. Mәzarı Nәcәfdәdir.
Əd.: R ә h i m o v N. Azәrbaycanın din alimlәri. B., 2014.










