Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBRAHİM I
    İBRAHİM I, İ b r a h i m D ә r b ә n d i (tәqr. 1352–1417) – Azәrb. dövlәt xadimi, Şirvanşah [1382–1417], Dәrbәndilәr sülalәsinin banisi. Teymurla Qızıl Orda xanı Toxtamış arasındakı mübarizәdәn istifadә edәrәk Şirvanın möhkәmlәndirilmәsi siyasәtini yürüdәn I İ. Teymurilәrlә yaxınlaşmaq istәyirdi. Teymurun Qarabağa hücumu zamanı I İ. Teymurilәrdәn asılılığı qәbul etdi. Bunun müqabilindә o, Dәrbәnd keçidini Qızıl Ordadan qorumalı idi. Teymurun ölümündәn sonra I İ. Azәrb. torpaqlarını öz hakimiyyәti altında birlәşdirmәyә çalışırdı. Teymuri hökmdarı Ömәr Şirvana hücüm edәrkәn (1405) I İ. Şәki hakimi Seydi Əhmәd, Gәncә hakimi Yarәhmәd, Ərdәbil hakimi Bәstam Çakir vә gürcü çarı VII Georgi ilә ittifaq bağlayıb Kür çayı sahilindә Teymurilәri mәğlub etdi. I İ.-in siyasәti nәticәsindә Dәrbәnd, Gәncә, Qarabağın çox hissәsi vә s. әrazilәr Şirvana birlәşdirildi. I İ. Teymurilәr ilә Cәlairilәr vә Qara qoyunlular arasındakı çәkişmәlәrdәn istifadә edәrәk 1406 ildә heç bir müqavimәtә rast gәlmәdәn Tәbrizә daxil oldu. Lakin qaraqoyunlular tayfa birliyinin başçısı Qara Yusifin vә Cәlairi sultanı Əhmәdin Tәbrizә hücuma keçdiyini eşidәrәk I İ. şәhәri tәrk etdi. 1408 ilin yazında Sultan Əhmәd vә Qara Yusif Teymurilәrin qoşunlarını mәğlub edәrәk Azәrb.-dan çıxardı. Bu dәfә Azәrb.-da hakimiyyәti tәkbaşına әlә keçirmәk üstündә Qara Yusiflә Sultan Əhmәd arasında mübarizә başladı. I İ. Nisbәtәn güclü düşmәn hesab etdiyi Qara Yusifә qarşı Sultan Əhmәdlә ittifaqa girdi. O, oğlu Kәyumәrsi Sultan Əhmәdә kömәyә göndәrdi. Lakin Qara Yusif 1410 ilin avqustunda Tәbriz yaxınlığında Sultan Əhmәdә qalib gәldi vә onu edam etdirdi. Kürdәn c.-dakı Azәrb. torpaqlarında yeni Azәrb. dövlәti – Qaraqoyunlu dövlәti (1410–68) meydana gәldi. Qara Yusif bütün Azәrb. torpaqlarını öz hakimiyyәti altında birlәşdirmәk üçün Şirvanı da Qaraqoyunlu dövlәtinә qatmağa çalışırdı. Şәki hakimi Seydi Əhmәd vә Kaxeti çarı Konstantinlә ittifaq bağlayan I İ. 1412 ilin sonlarında Kür çayı sahilindәki vuruşmada Qaraqoyunlulara mәğlub oldu. I İ., Şirvan zadәganları (I İ.-in oğulları, qardaşları, әmirlәri vә mәşhur sәrkәrdәlәri) vә Konstantin әsir alındı. Konstantin üç yüz gürcü knyazı (aznaur) ilә birlikdә öldürüldü. Tәbrizә aparılan I İ. Bir müddәt sonra ona rәğbәt bәslәyәn Tәbriz tacirlәrinin vә әyanlarının xahişi vә Qara Yusifin xәzinәsinә 1200 tümәnlik mal verilmәsi (sonra Şirvanşahlar xәzinәsindәn almaq şәrti ilә) müqabilindә azad edildi. Qara Yusifdәn asılılığı qәbul etmәk şәrti ilә 1413 ilin yazında Şirvana qayıtdı. I İ.-in hakimiyyәti dövründә ölkәnin tәssәrüfatı nisbәtәn dirçәlmiş, sәnәtkarlıq, ticarәt, incәsәnәt, memarlıq vә s. inkişaf etmişdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 