İBRAHİM I, İ b r a h i m T a m ğ a ç B u ğ r a x a n (998–1068) – Qәrbi Qaraxanilәr dövlәtinin hökmdarı [1052–68]. Mәnbәlәrdә I İ. Böri tegin vә Tamğaç xan (xanlar xanı) titullarını daşıyır. Qardaşı Mәhәmmәd xanın ölümündәn sonra hakimiyyәtә gәlmişdi.1016 ildәn etibarәn Qaraxanilәr dövlәtindә daxili çәkişmәlәr başladı. 1038 ildә I İ. Mavәraünnәhrin paytaxtı Sәmәrqәndi әlә keçirәrәk özünü xan elan etdi. Böri Tegin Sәlcuqilәr ilә birlikdә Dәn-dәnakan vuruşmasında (1040) iştirak etdi. 1041 ildә vahid Qaraxanilәr dövlәti iki yerә parçalandı: Şәrqi Qaraxanilәr dövlәti (paytaxtı Balasaqun, sonralar Kaşqar) vә Qәrbi Qaraxanilәr dövlәti (paytaxtı Sәmәrqәnd). Hәmin ildә I İ. Buxaranı zәbt etdi vә Tamğaç Buğra xan titulunu aldı. 1050-ci illәrin sonlarında Şәrqi Qaraxanilәr dövlәtinin daxilindә, Süleyman Arslan xanın ölümündәn sonra baş vermiş iğtişaşlardan istifadә edәn I İ. bir sıra Şәrqi Qaraxani torpaqlarını, o cümlәdәn Şәrqi Fәrqanәni, Daşkәnd vahәsini vә İsfidcabı işğal etdi. 1060 ildә Şaş (indiki Daşkәnd), İlak vә Fәrqanәnin bir hissәsini әlә kеçirәrәk dövlәtin әrazisini xеyli gеnişlәndirdi. I İ.-in mәrkәzlәşdirmә siyasәti bütün ölkә әrazisindә, hәmçinin zәbt olunmuş vilayәtlәrdә pul sisteminin unifikasiyasi ilә ifadә olunurdu. 1040 ildәn 1212 ilәdәk Sәmәrqәnd xanları I İ. Tamğaç xanın nәslindәn idilәr. Onun dövründә Mavәraünnәhrdә Mahmud Kaşqari, Yusif Balasaquni vә b. alim vә şairlәr yaşayıb yaratmışdılar. I İ.-in ölümündәn sonra hakimiyyәtә oğlu Şәms әl-mülk Nәsrә keçdi.










