İBRAHİM BƏY CAHANGİROĞLU, C a h a n g i r z a d ә (1874, Gümrü –19.5.1948, Qars) – dövlәt xadimi, hәrbçi. Gümrüdә vә Qarsda mәdrәsәdә oxumuş, üç il Qars şәhәr mәktәbindә rus dilindә tәhsil almışdır. Zәngin vә tanınmış ailәdәn olduğu üçün Aleksandropol (G ü m r ü) kazak alayına qәbul edilmiş, beş il burada tәlim keçdikdәn sonra zabit rütbәsi almaq әrәfәsin dә Qarsdakı gizli “İslam cәmiyyәti” ilә әlaqәlәri üzә çıxmış, Dağıstana sürgün olunmuşdur (1903). Əfv fәrmanına әsasәn 6 aydan sonra azad edilәrәk Qarsa qayıtmış vә maliyyә mәmuru işlәmişdir. 1905–06 illәrdә ermәnilәr azәrb.-lara qarşı soyqırımı hәyata keçirәrkәn könüllülәrdәn ibarәt dәstә toplayaraq, qardaşı Hәsәnxanla birlikdә Qarabağa kömәyә gәlmiş, 1906 ildә oradan öz dәstәsiylә Tәbriz vil.-nә keçmişdir. Qarsa qayıtdıqdan sonra vilayәt quberna torunun icazәsi ilә ermәni komitәçilәrinә qarşı “Nәşri-maarif” cәmiyyәtini qurmuş, eyni zamanda Azәrb.-dakı “Difai” partiyası ilә gizli әlaqә yaratmış, habelә “İttihad vә Tәrәqqi” partiyası Ərzurum şöbәsinin üzvü olmuşdur.
1907 ildә Xoy ş.-nә köçmüş, Tәbrizdә hürriyyәt mücadilәsinә qoşularaq, şah rejiminә qarşı mübarizә aparan dәstәyә başçılıq etmişdir. 1912 ilin oktyabrında 700 mücahidlә Türkiyәyә – Van vil.-nә qayıtmışdır. 1913 ilin martında “İttihadçı”ların dәvәtiylә öz könüllülәri ilә birlikdә İstanbula getmiş, orada üç ay yarım tәlim keçmişdir. “Qafqaz könüllü taburu” onun komandanlığı altında Ədirnәni bolqarlardan azad etmişdir.
1914 ilin noyabrında İ.b.C. könüllülәri ilә birlikdә İran vә İraq cәbhәlәrindә rus ordusuna qarşı vuruşmuşdur. 1918 ilin mayında hәrbi nazir Ənvәr paşa onu İstanbula çağıraraq, “fәxri alay komandanı” qismindә 9-cu Ordu komandanı Yaqub Şevqi paşanın sәrәncamına göndәrmişdi. İ.b.C. İrәvan vә digәr bölgәlәrdәn olan qaçqınları әtraf kәndlәrә yerlәşdirmiş, onlara qayğı göstәrmişdi. Araz Türk Cümhuriyyәti hökumәtinin hәrbi naziri seçilәn İ.b.C. 20 tabur (batalyon) tәşkil etmişdi. Taburlardan 4-ü Nax çıvanda, 3-ü Şәrur-Dәrәlәyәzdә, qalanları isә Vedibasar, Qәmәrli vә Zәngibasarda yerlәşdirilәrәk, bölgә әhalisini ermәnilәrin törәtdiklәri soyqırımlarından müdafiә etmişdir. Hәmin il noyabrın 30-da keçirilәn Böyük Qars konqresindә Araz Türk Cümhuriyyәti hökumәti ilә Qars, Ahıska, Artvin vә Batum sancaqlarını әhatә edәn Milli İslam Şurası birlәşәrәk, Batumdan Ordubada qәdәr әrazidә Milli Şura hökumәti elan olundu vә İ.b.C. onun başçısı seçildi. 1919 il yanvarın 18-dә keçirilәn konqresdә mәrkәzi Qars olmaqla elan edilәn Cәnub-Qәrbi Qafqaz Cümhuriyyәti hökumәtinin dә başçısı İ.b.C. idi. 40 min km2 sahәsi vә 1,7 mln.-dan çox әhalisi (1,5 mln.-u türk-müsәlman) olan bu dövlәt 6 ay әrzindә öz әrazisini ermәni vә gürcü basqınlarından qorudu, lakin 1919 ildә ingilislәr tәrәfindәn devrildi. Başda İ.b.C. olmaqla, hökumәt üzvlәri Malta a.-na (Aralıq dәnizi) sürgün olundular, onların evlәri vә әmlakları müsadirә edildi.
1921 ildә N.Nәrimanovun kömәyi ilә sürgündәn azad edilәn qarslılar Tiflisә göndәrildilәr. Tiflisdәn Bakıya gәlәrәk ailәsini axtaran İ.b.C. arvadı Mәlәk xanımı vә oğlunu Gәncәdә Xudadat bәy Rәfibәylinin himayәsindә tapdı. Qarsa qayıdan İ.b.C. Kazım Qarabәkir paşanın tövsiyәsi ilә avqustda keçirilәn seçkilәrdә iştirak edәrәk, şәhәr valisi seçildi. 1921–27 illәrdә Qars bәlәdiyyә rәisi işlәmiş İ.b.C. sonralar ticarәt mәmuru olmuşdur.










