İBRAHİM ƏBÜLFƏT MİRZƏ (aprel, 1540 – 24.2.1576, Qәzvin; Mәşhәddә dәfn olunmuşdur) – Azәrb. şairi. “Cahi” tәxәllüsü ilә Azәrb. vә fars dillәrindә yazmışdır. Sәfәvilәr sülalәsindәn olan Zәhirәddin Bәhram Mirzәnin oğludur. Şah I Tәhmasibin qızı Gövhәrsultan xanım ilә evlәndikdәn sonra Xorasanın hakimliyi ona tapşırılmışdı (1571 ilәdәk hakimlik etmişdir). Yüksәk mәfkurә sahibi olan İ.Ə.M. әrәb dili qrammatikasını, mәntiq elmini öyrәnmiş, incәsәnәtin bir çox sahәlәrinә maraq göstәrmişdir. Quranın müxtәlif üslublarda qiraәtini bilmiş, musiqini, riyaziyyat vә nücum elmlәrini mәnimsәmiş, astrologiyaya dair rәsmlәri, elәcә dә yaratdığı musiqi nümunәlәri dövrünün mәşhur әsәrlәrindәn sayılmışdır. İ.Ə.M. görkәmli söz ustalarının tәrcümeyi-halı vә yaradıcılığı haqqında “Fәrhәngi-İbrahimi” adlı tәzkirә yazmışdır. Hacı Əhmәd Qumlu “Xülasәtüttәvarix”, “Tәzkirәtüs-sәlatin vәl-ümәra” vә “Gülüstani-hünәr” әsәrlәrindә İ.Ə.M.-nin tәrcümeyi-halını vermiş, onun üç min beytdәn ibarәt divanını tәrtib etmişdir. Şah II İsmayılın әmri ilә öldürül müşdür. İ.Ə.M.-nin divanının әlyazma nüsxәlәri dünyanın bir sıra mötәbәr kitabxana vә fondlarında, o cümlәdәn AMEA-nın Əlyazmalar İn-tunda saxlanılır.










