İBRAHİM İBN ƏDHƏM (ادهم بن ابراهيم ), Ə b u İ s h a q İ b r a h i m i b n Ə d h ә m i b n M ә n s u r (714, Bәlx –778/79, ?) – sufi mütәfәkkiri. Zәngin ailәdә doğulsa da, asketik hәyat sürmüşdür. Bәzi rәvayәtlәrә görә, Bәlx hökmdarı vә ya hökm darın oğlu olmuşdur. Şam, İraq, Hicaz vә Ruma (Anadoluya) sәyahәt etmiş, İsgәndәriyyәdә Əslәm ibn Yezid әl-Cühәnidәn faydalanmışdır. Müxtәlif yerlәrdә vәzlәr etmiş, kәramәtlәri ilә mәşhurlaşmışdır. Süfyan әs-Sәvri, Füzeyl ibn Əyaz vә Əbu Hәnifә İ.i.Ə.-in yaxın dostları olmuşlar. İ.i.Ə.-in adı çiştiyyә vә әdhәmiyyә tәriqәtlәrinin silsilәsinә daxildir. Mәnbәlәrә görә, mәzarı Dәmәşq yaxınlığındadır. Müsәlman әdәbiyyatında onun hәyatı ilә bağlı müxtәlif әsәrlәr meydana çıxmışdır (“İbrahim ibn Ədhәm hekayәlәri”, “İbrahim Ədhәm dastanı” vә s.). Fәridәddin Əttar “Tәzkirәtül-övliya” (“Övliyalar tәzkirәsi”) әsәrindә İ.i.Ə.-dәn geniş bәhs etmişdir.










