Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBRAHİM MÜTƏFƏRRİQƏ
    İBRAHİM MÜTƏFƏRRİQƏ, B a s m a c ı (türkcә İbrahim Müteferrika; tәqr. 1674, Rumıniyanın indiki Kluj-Napoka ş., – 1747, İstanbul) – Türkiyәdә türk dilindә nәşrin vә çapçılığın banisi, yazıçı, tәrcümәçi vә diplomat. Milliyyәtcә macardır. Kalvinist kollecini bitirmişdir. Avstriya-Türkiyә müharibәsi (1683–99) zamanı türklәrә әsir düşmüş, islam dinini qәbul etmiş, türk dili vә mәdәniyyәtinә yiyәlәnmişdir. 1714 ildә saray xidmәtinә keçirilmiş, Avstriya, Fransa, Polşa vә s. dövlәtlәrlә diplomatik әlaqәlәrә görә 1716 ildә mütәfәrriqa (xüsusi dövlәt tapşırıqlarını yerinә yetirәn xadim) rütbәsinә layiq görülmüşdür. Latın, yunan, türk, әrәb vә fars dillәrini bilәn İ.M. “Risaleyi-islamiyyә” (“İslam dini risalәsi”, 1710), mәtbәә işinә dair “Vәsilәtüt-tıbaa” (1726), Maarifçilik ideyaları ruhunda dövlәt quruluşunun müxtәlif formalarından bәhs edәn vә Avropada mәşhur olan “Xalqların quruluşunda müdrikliyin әsasları” (“Üsul әl-hikәm fi nizam әl-ümәm”, 1732) әsәrlәrinin müәllifidir. Türk maarifpәrvәri Mehmed Sәid Əfәndi ilә birlikdә İstanbulda ilk mәtbәә (1727), Yalovada kağız fabrikini (1744) açmışdır. İlk dәfә Mәhәmmәd ibn Mustafanın iki cildlik әrәbcә-türkcә lüğәt kitabını (“Vankulu lüğәti”) çap etmişdir (1729). Tarix, coğrafiya, dilçilik vә hәrb sәnәtinә dair 17 adda kitab (23 cilddә) nәşr etmiş, onlara müqәddimә vә şәrhlәr yazmışdır. İ.M. hәmçinin Osmanlı xәritәçiliyi tarixindә mühüm simalardan biridir. O, Mәrmәrә (1719) vә Qara (1724–25) dәnizlәrinin, Sәfәvilәr dövlәti vә Misirin (hәr ikisi 1729–30) xәritәlәrini hazırlayaraq nәşr etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 