Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İBRAHİMOV Eldar Rza oğlu )
    İBRAHİMBƏYOV Maqsud Mәmmәd ibrahim oğlu 
    İBRAHİMBƏYOV Maqsud Mәmmәd ibrahim oğlu (11.5.1935, Bakı – 22.3.2016, Bakı) – Azәrb. yazıçısı, dramaturq, ssenarist. Azәrb. Resp. xalq yazıçısı (1998). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1976), әmәkdar incәsәnәt xadimi (1979). Azәrb. Politexnik İn-tunu bitirmişdir (1959). Moskva Ali ssenari (1962–64) vә rejissor kurslarının (1971–73) müdavimi olmuşdur. 1964–71 illәrdә SSRİ Mәrkәzi Televiziya vә Radio Verilişlәri Komitәsinin Azәrb. üzrә müxbiri işlәmişdir. Bәdii yaradıcılığa 1960-cı illәrdәn başlamışdı. İnsanın hәyatda yeri, nәsillәrin varisliyi vә s. mühüm mәnәvi-әxlaqi problemlәr “Qәza” (1963), “Püstә ağacı” (1965), “Haradadır o yol” (1969), “Truskavetsә kim gedәcәk?” (1974), “Ondan yaxşı qardaş yox idi” (1975) vә s. povestlәrinin, hekayә vә pyeslәrinin әsas mövzularıdır. “Mezozoy әhvalatı” (1974; 1976 ildә ekranlaşdırılmışdır, rej. R.Atamalıbәyov), “Yaxşılığa yamanlıq” (1978) pyeslәri bir çox teatr sәhnәsindә tamaşaya qoyulmuşdur. İ.-un ssenarilәri әsasında “Azәrbaycanfilm” vә müxtәlif ölkәlәrin kinostudiyalarında “Uşaqlığın son gecәsi” (1967, rej. A.Babayev), “Bizim Cәbiş müәllim”(1967, rej. H.Seyidbәyli), “Ən vacib müsahibә” (1970, rej. E.Quliyev), “Sәn mahnımsan mәnim” (1975, rej. A.Kabulov), “De ki, mәni sevirsәn” (1977, rej. M.İbrahimbә yov), “Mәnә Ayvar Lidak deyәrlәr” (1978, rej. B.Veldre), “Bayquş gәlәndә” (1978, rej. Ş.Mahmudbәyov) vә s. filmlәr çәkilmişdir. Əsәrlәri xarici dillәrә tәrcümә edilmişdir. Azәrb. Resp. Milli Mәclisinin (1–3-cü çağırış) deputatı olmuşdur. Azәrb. Resp.-nın “Şöhrәt”, “İstiqlal” vә “Şәrәf ” ordenlәri ilә tәltif edilmişdir.
    Ə s ә r l ә r i: Незнакомая песня. М., 1974; Прилетала сова. М., 1977; Böyük şәhәrin nağılları. B., 1985; Bütün yaxşılıqlara ölüm. B., 1993.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İBRAHİMOV Eldar Rza oğlu 